https://sputnik.az/20220423/avstriya-rusiya-qazina-qoyulan-embarqoya-qosulmayacaq-441358754.html
Avstriya Rusiya qazına qoyulan embarqoya qoşulmayacaq
Avstriya Rusiya qazına qoyulan embarqoya qoşulmayacaq
Sputnik Azərbaycan
Avstriyanın maliyyə naziri bildirib ki, Rusiya qazına qarşı tətbiq olunan embarqoya qoşulmaq ölkəsinin sənayesinə ağır ziyan vura bilər. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T12:38+0400
2022-04-23T12:38+0400
2022-04-23T12:38+0400
qaz
neft-qaz
rusiya federasiyası
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440448404_0:0:3042:1711_1920x0_80_0_0_dafd605e2540fb65ecb8d29049d3b925.jpg
BAKI, 23 aprel — Sputnik. Avstriyanın qaz sənayesi Rusiya qazından asılıdır, Vyana Rusiya qazına qoyulan embarqonu dəstəkləməyəcək. Bunu Avstriya maliyyə naziri Maqnus Brunner bildirib.O deyib ki, bu nu dəstəkləmək Avstriyanın özünə daha çox zərbə vuracaq.Daha əvvəl Avstriya Kansleri Karl Nehammer bildirmişdi ki, Vyana, Berlin və Budapeşt Rusiya qazının tədarükünə embarqoya qarşıdır, çünki sanksiyalar Avropa İttifaqı üçün deyil, Rusiya üçün ağrılı olmalıdır.“Sanksiyalar sizə hədəfdən daha çox zərbə vurursa, məncə, bu faydasızdır” - Brunner CNN-ə deyib.O əlavə edib ki, Avstriya sənayesi Rusiya qazından o qədər asılıdır ki, onların başqa seçimi yoxdur. Brunner onu da vurğulayıb ki, Avstriya iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vuran sanksiyaların mənası yoxdur.Rusiya Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Avropa İttifaqı ayrı-ayrı şəxslərə, təşkilatlara və Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı beş sanksiya paketi tətbiq edib. Aprelin 7-də Avropa Parlamenti Rusiyadan enerji idxalına “ümumi embarqo”nun tətbiqini nəzərdə tutan qətnamə qəbul edib və Moskvanın Ukrayna ilə bağlı mövqeyi dəyişdiyi təqdirdə bu embarqoya yenidən baxılmalıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskvanın sanksiyaları çox ciddidir, Rusiya onlara əvvəlcədən hazırlaşırmış.Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220422/qazprom-ukrayna-erazisinden-tranzit-ucun-muntezem-olaraq-qaz-tedaruk-edir-441332022.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440448404_311:0:3042:2048_1920x0_80_0_0_33d470a115ad77a05556cd536507cfec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, rusiya federasiyası, avropa ittifaqı
qaz, rusiya federasiyası, avropa ittifaqı
Avstriya Rusiya qazına qoyulan embarqoya qoşulmayacaq
Avstriyanın maliyyə naziri bildirib ki, Rusiya qazına qarşı tətbiq olunan embarqoya qoşulmaq ölkəsinin sənayesinə ağır ziyan vura bilər.
BAKI, 23 aprel — Sputnik. Avstriyanın qaz sənayesi Rusiya qazından asılıdır, Vyana Rusiya qazına qoyulan embarqonu dəstəkləməyəcək. Bunu Avstriya maliyyə naziri Maqnus Brunner bildirib.
O deyib ki, bu nu dəstəkləmək Avstriyanın özünə daha çox zərbə vuracaq.
Daha əvvəl Avstriya Kansleri Karl Nehammer bildirmişdi ki, Vyana, Berlin və Budapeşt Rusiya qazının tədarükünə embarqoya qarşıdır, çünki sanksiyalar Avropa İttifaqı üçün deyil, Rusiya üçün ağrılı olmalıdır.
“Sanksiyalar sizə hədəfdən daha çox zərbə vurursa, məncə, bu faydasızdır” - Brunner CNN-ə deyib.
O əlavə edib ki, Avstriya sənayesi Rusiya qazından o qədər asılıdır ki, onların başqa seçimi yoxdur. Brunner onu da vurğulayıb ki, Avstriya iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha çox ziyan vuran sanksiyaların mənası yoxdur.
Rusiya Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Avropa İttifaqı ayrı-ayrı şəxslərə, təşkilatlara və Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı beş sanksiya paketi tətbiq edib. Aprelin 7-də Avropa Parlamenti Rusiyadan enerji idxalına “ümumi embarqo”nun tətbiqini nəzərdə tutan qətnamə qəbul edib və Moskvanın Ukrayna ilə bağlı mövqeyi dəyişdiyi təqdirdə bu embarqoya yenidən baxılmalıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskvanın sanksiyaları çox ciddidir, Rusiya onlara əvvəlcədən hazırlaşırmış.
Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.