https://sputnik.az/20220422/yeni-10-manatliq-pul-nisani-buraxilacaq---foto-441329952.html
Yeni 10 manatlıq pul nişanı buraxılacaq - FOTO
Yeni 10 manatlıq pul nişanı buraxılacaq - FOTO
Sputnik Azərbaycan
AMB yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının 22 iyun 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edib. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T22:59+0400
2022-04-22T22:59+0400
2022-04-22T22:59+0400
manat
iqtisadiyyat
yeni
nişan
https://cdnn1.img.sputnik.az/img/40352/63/403526310_0:94:1800:1107_1920x0_80_0_0_f641a67b0c73c4db375a42d3ac1188ca.jpg
BAKI, 22 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarının mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərini həyata keçirir.AMB-nin verdiyi məlumata görə, bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları, cari ilin fevral ayından isə yenilənmiş 20 manatlıq pul nişanı tədavülə buraxılıb.Proseslərin davamı olaraq, hazırda "Tarix" mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.Bildirilib ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunub.Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb. Yenilənmiş 10 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40352/63/403526310_100:0:1700:1200_1920x0_80_0_0_8c7c6dcf644451102f64f948370b95e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, yeni, nişan
Yeni 10 manatlıq pul nişanı buraxılacaq - FOTO
AMB yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 10 manatlıq pul nişanının 22 iyun 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edib.
BAKI, 22 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarının mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərini həyata keçirir.
AMB-nin verdiyi məlumata görə, bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları, cari ilin fevral ayından isə yenilənmiş 20 manatlıq pul nişanı tədavülə buraxılıb.
Proseslərin davamı olaraq, hazırda "Tarix" mövzusuna həsr olunan 10 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.
Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Bildirilib ki, tədavülə buraxılan yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, bu pul nişanlarının üzərində Mərkəzi Bankın sabiq sədrinin imzası əks olunub.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb. Yenilənmiş 10 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.