https://sputnik.az/20220422/yasillasdirma-gunu-nece-beynelxalq-yer-gunune-cevrildi-441327121.html
"Yaşıllaşdırma Günü" necə "Beynəlxalq Yer Günü"nə çevrildi
"Yaşıllaşdırma Günü" necə "Beynəlxalq Yer Günü"nə çevrildi
Sputnik Azərbaycan
Ekoloqlar bu gün çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal... 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T22:19+0400
2022-04-22T22:19+0400
2022-04-22T22:19+0400
yer
dünya xəbərləri
gün
beynəlxalq
qlobal
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436892737_0:214:3072:1942_1920x0_80_0_0_5ec5f95ce64d9296b199f2200725d470.jpg
BAKI, 22 aprel — Sputnik. Bu gün - Beynəlxalq Yer Günüdür. Bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub.1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hazırda Yer Günü günbəgün pisləşən qlobal iqlim böhranlarına diqqət yönəldir.Beynəlxalq Yer Günü ərəfəsində bir milyarddan çox insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Hər il bir deviz altında keçirilən həmin təqvim bu il "Planetimizə sərmayə qoyun" şüarı ilə qeyd olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436892737_342:0:3071:2047_1920x0_80_0_0_8652cb75c5f94984e0a61dd6a9828e6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yer, gün, beynəlxalq, qlobal, abş
yer, gün, beynəlxalq, qlobal, abş
"Yaşıllaşdırma Günü" necə "Beynəlxalq Yer Günü"nə çevrildi
Ekoloqlar bu gün çərçivəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar
BAKI, 22 aprel — Sputnik. Bu gün - Beynəlxalq Yer Günüdür. Bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub.
1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.
1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan milli parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hazırda Yer Günü günbəgün pisləşən qlobal iqlim böhranlarına diqqət yönəldir.
Beynəlxalq Yer Günü ərəfəsində bir milyarddan çox insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Hər il bir deviz altında keçirilən həmin təqvim bu il "Planetimizə sərmayə qoyun" şüarı ilə qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.