https://sputnik.az/20220422/xercengden-eziyyet-ceken-aktrisanin-xesteliyi-butun-orqanlarina-yayilib-441337535.html
Xərçəngdən əziyyət çəkən aktrisanın xəstəliyi bütün orqanlarına yayılıb
Xərçəngdən əziyyət çəkən aktrisanın xəstəliyi bütün orqanlarına yayılıb
Sputnik Azərbaycan
Tünzalə Əliyeva üç ay həftəlik kimyaterapiya müalicəsi alacağını bildirib. 42 dəfə kimyaterapiya və 40 dəfə şüa aldığını deyən aktrisa xəstəliyini qızından... 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T17:06+0400
2022-04-22T17:06+0400
2022-04-22T17:06+0400
"toppuş bacı"
mədəniyyət
aktrisa
xərçəng
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42013/65/420136547_0:167:2000:1292_1920x0_80_0_0_9be956552bfef2cd8bda37ffbcf4ba4d.jpg
BAKI, 22 aprel — Sputnik. Uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva ( Toppuş bacı) "TikTok"un canlı yayımında olub. Kimyaterapiya aldığına görə aktrisanın saçlarının, qaşının və kirpiklərinin tökülməsi diqqətdən yayınmayıb.Əməkdar artist Tünzalə Əliyeva son sağlamlıq vəziyyəti ilə bağlı danışıb. Aktrisanın hazırda müalicəsi davam edir:"Hələ kimyaterapiya qəbul edirəm. Son üç ay həftəlik kimyaterapiya müalicəsi olacaq. Ondan sonra analizin nəticəsinə görə müəyyənləşəcək. Əvvəllər 20 günlük idi, amma daha həftəlik qəbul edəcəyəm".Aktrisa 42 dəfə kimyaterapiya və 40 dəfə şüa aldığını vurğulayıb. Aktrisa xəstəliyinin ağciyər, qaraciyər və sümüyünə qədər yayıldığını bildirib: "Bu vəziyyətimə də min şükür. Göydə Allahımdan, yerdə də həkimlərimdən çox razıyam. Tibb nəyə qadirdirsə, onu da həkimlər mənə edirlər. Kimyaterapiyanın özü və xərçəngin dərmanları çox bahalıdır. Xəstəxana məndən bir qəpik də olsun pul almır, hər şeyi təmənnasız edirlər".Tünzalə xanım xəstəliyini qızı Zəhradan gizlətdiyini bildirib: “Aldığım kimyaterapiya və şüalara görə saçlarım tökülüb. Qızıma öz xəstəliyim haqda bir kəlimə də olsun, demirəm. Soruşanda da, deyirəm ki, vitamin çatışmazlığım var. Ona görə də saçlarım tökülür".Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olan aktrisa ATV kanalında nümayiş etdirilən "Çal-çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazı ilə tanınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42013/65/420136547_39:0:1888:1387_1920x0_80_0_0_9aa1f19421f8f86f8132b8ae617b19e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"toppuş bacı", aktrisa, xərçəng, xəstəlik
"toppuş bacı", aktrisa, xərçəng, xəstəlik
Xərçəngdən əziyyət çəkən aktrisanın xəstəliyi bütün orqanlarına yayılıb
Tünzalə Əliyeva üç ay həftəlik kimyaterapiya müalicəsi alacağını bildirib. 42 dəfə kimyaterapiya və 40 dəfə şüa aldığını deyən aktrisa xəstəliyini qızından gizlətməyə çalışır
BAKI, 22 aprel — Sputnik. Uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva ( Toppuş bacı) "TikTok"un canlı yayımında olub. Kimyaterapiya aldığına görə aktrisanın saçlarının, qaşının və kirpiklərinin tökülməsi diqqətdən yayınmayıb.
Əməkdar artist Tünzalə Əliyeva son sağlamlıq vəziyyəti ilə bağlı danışıb. Aktrisanın hazırda müalicəsi davam edir:
"Hələ kimyaterapiya qəbul edirəm. Son üç ay həftəlik kimyaterapiya müalicəsi olacaq. Ondan sonra analizin nəticəsinə görə müəyyənləşəcək. Əvvəllər 20 günlük idi, amma daha həftəlik qəbul edəcəyəm".
Aktrisa 42 dəfə kimyaterapiya və 40 dəfə şüa aldığını vurğulayıb. Aktrisa xəstəliyinin ağciyər, qaraciyər və sümüyünə qədər yayıldığını bildirib: "Bu vəziyyətimə də min şükür. Göydə Allahımdan, yerdə də həkimlərimdən çox razıyam. Tibb nəyə qadirdirsə, onu da həkimlər mənə edirlər. Kimyaterapiyanın özü və xərçəngin dərmanları çox bahalıdır. Xəstəxana məndən bir qəpik də olsun pul almır, hər şeyi təmənnasız edirlər".
Tünzalə xanım xəstəliyini qızı Zəhradan gizlətdiyini bildirib: “Aldığım kimyaterapiya və şüalara görə saçlarım tökülüb. Qızıma öz xəstəliyim haqda bir kəlimə də olsun, demirəm. Soruşanda da, deyirəm ki, vitamin çatışmazlığım var. Ona görə də saçlarım tökülür".
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.
Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olan aktrisa ATV kanalında nümayiş etdirilən "Çal-çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazı ilə tanınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.