Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ukraynada həlak olan həmyerlimizin nəşi bu gün vətənə gətiriləcək

© Sputnik / Ilya PitalevMariupol
Mariupol - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Mərhum Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman əraziyə bomba düşməsi nəticəsində həlak olub.
BAKI, 22 aprel — Sputnik. Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün ölkəyə gətiriləcək. Məlumata görə, Samux rayonunun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlu Ukraynanın Mariupol şəhərində həlak olub.
Samux rayon İcra Hakimiyyətindən bildirilib ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, elə hadisə yerində dünyasını dəyişib. Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub. Onun ailə üzvlərinin də uzun zaman mühasirədə qaldığı bildirilir (APA).
Xatırladaq ki, fevralın 27-də qohumluq əlaqələri olan 40 nəfərdən çox həmyerlimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Nəticədə xeyli azərbaycanlı həlak olub. Bundan başqa, Ukraynada hərbi əməliyyatlar zamanı ondan artıq azərbaycanlı vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0