https://sputnik.az/20220422/olkelerin-bmt-ye-odediyi-uzvluk-haqqi-kim-ve-ne-qeder-441343514.html
Ölkələrin BMT-yə ödədiyi üzvlük haqqı: kim və nə qədər?
Ölkələrin BMT-yə ödədiyi üzvlük haqqı: kim və nə qədər?
Sputnik Azərbaycan
Quruma üzv olan ölkələrin ödədiyi üzvlük haqqı təşkilatın inzibati xərclərinin qarşılanmasına, sülhməramlı missiyalara və təşkilatın fond və proqramlarının... 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T18:37+0400
2022-04-22T18:37+0400
2022-04-22T18:37+0400
video-infoqrafika
infoqrafika
bmt
üzvlük haqqı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441328189_0:0:268:152_1920x0_80_0_0_f7eaca6172043c0b2af1b2d042f0aa55.png
BAKI, 22 aprel — Sputnik. BMT-nin büdcəsi təşkilata üzv olan dövlətlərin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Onların hər biri üçün üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.Hesablanmış vəsait ölkələrin adambaşına düşən gəlirinin ümumdaxili məhsuldakı payına əsaslanır.Aktual statistik məlumatlara əsaslanaraq, BMT-nin ödənişlərə görə Komitəsi hər üç ildən bir ödənişlər miqyasını nəzərdən keçirir.İştirakçı ölkələrin siyahılarını üç əsas qrupa bölmək olar. Birincisi - müntəzəm ödənişlər adlanır, onlar ölkənin iqtisadi inkişaf səviyyəsinin göstəriciləri əsasında hesablanır: ölkə nə qədər zəngindirsə, bir o qədər çox ödəyir.Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir.BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur. Burada həmçinin ödənişlərin miqdarı ölkənin sərvətindən asılıdır, Təhlükəsizlik Şurasının daimi üzvləri isə əsas qərarların qəbul edilməsi imkanı üçün əlavə pul ödəyirlər.Üçüncü kateqoriya könüllü ödənişlərdir. Bu pullar BMT-nin müxtəlif fondlarının və proqramlarının işinə yönəldilir.BMT-yə ən çox üzvlük haqqı ödəyən üç ölkə ABŞ, Çin və Yaponiyadır. Onlardan sonra isə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Cənubi Koreya, İspaniya, Avstraliya, Braziliya və Rusiyadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441328186_0:0:269:202_1920x0_80_0_0_0ec155856131f0886f3e411b0d623eb2.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
video-infoqrafika, видео, bmt, üzvlük haqqı
video-infoqrafika, видео, bmt, üzvlük haqqı
Ölkələrin BMT-yə ödədiyi üzvlük haqqı: kim və nə qədər?
Quruma üzv olan ölkələrin ödədiyi üzvlük haqqı təşkilatın inzibati xərclərinin qarşılanmasına, sülhməramlı missiyalara və təşkilatın fond və proqramlarının işinə yönəldilir.
BAKI, 22 aprel — Sputnik. BMT-nin büdcəsi təşkilata üzv olan dövlətlərin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Onların hər biri üçün üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.
Hesablanmış vəsait ölkələrin adambaşına düşən gəlirinin ümumdaxili məhsuldakı payına əsaslanır.
Aktual statistik məlumatlara əsaslanaraq, BMT-nin ödənişlərə görə Komitəsi hər üç ildən bir ödənişlər miqyasını nəzərdən keçirir.
İştirakçı ölkələrin siyahılarını üç əsas qrupa bölmək olar. Birincisi - müntəzəm ödənişlər adlanır, onlar ölkənin iqtisadi inkişaf səviyyəsinin göstəriciləri əsasında hesablanır: ölkə nə qədər zəngindirsə, bir o qədər çox ödəyir.
Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir.
BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur. Burada həmçinin ödənişlərin miqdarı ölkənin sərvətindən asılıdır, Təhlükəsizlik Şurasının daimi üzvləri isə əsas qərarların qəbul edilməsi imkanı üçün əlavə pul ödəyirlər.
Üçüncü kateqoriya könüllü ödənişlərdir. Bu pullar BMT-nin müxtəlif fondlarının və proqramlarının işinə yönəldilir.
BMT-yə ən çox üzvlük haqqı ödəyən üç ölkə ABŞ, Çin və Yaponiyadır. Onlardan sonra isə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Cənubi Koreya, İspaniya, Avstraliya, Braziliya və Rusiyadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.