CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkobaronlar iş başında yaxalandılar

© AFP 2024 / MARVIN RECINOSHəbs edilən şəxslər, arxiv şəkli
Həbs edilən şəxslər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Bir qrup Masallı, Bakı və Abşeron sakinləri külli miqdarda narkotik və psixotrop maddə ilə tutulublar. İlkin araşdırma zamanı narkotacirlərdən narkotik tərkibli maddələr aşkarlanaraq götürülüb.
BAKI, 22 aprel — Sputnik. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.
Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakinləri Elnur Məmmədov və Elçin Məmmədov, Sumqayıt şəhər sakini Pərviz Məhərrəmov sonuncunun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə birlikdə Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ümumi təmiz çəkisi 17 kiloqram 650 qram heroin, 10 kiloqram 750 qram marixuana, 600 ədəd metadon həbi və 6 kiloqram 315 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, E.Məmmədov, P.Məhərrəmov və E.Məmmədov həmin narkotik vasitələri və psixotrop maddəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.
Bakı və Abşeron sakinləri külli miqdarda narkotik və psixotrop maddə ilə tutulublar. Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rafael Allahverdiyev və Abşeron rayon sakini Mərahim İbrahimov Yardımlı rayonunun Arus kəndi kəndi ərazisində saxlanılıblar.
Onlardan ilkin araşdırma zamanı xaricdə yaşayan narkotacir vasitəsilə əldə edildiyi müəyyən edilən 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0