QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur - Hikmət Hacıyev

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Ermənistan-Azərbaycan münasibətlərində Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur.
BAKI, 22 aprel — Sputnik. ATƏT-in Minsk qrupu özü-özünü sıradan çıxarma prosesindədir. Bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, artıq Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə və müxtəlif səpkidə açıqlamalar verilib ki, artıq bu 3 həmsədr dövlətin bu və ya digər səbəblərdən, xüsusilə də Ukraynada baş verən hadisələr kontekstində bir araya gəlməsi mümkün deyil.
APA-nın xəbərinə görə, H.Hacıyev bildirib ki, Bu, həmin ölkələrdən birinin yüksək rəsmisi tərəfindən açıq şəkildə ifadə olundu:
"Bundan sonra Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilən açıqlamalarda da artıq regiona göndərilən nümayəndələrin həmsədr statusunda deyil, artıq başqa statusda gələcəyi qeyd edilir. Məsələn, ABŞ tərəfindən verilən açıqlamalarda Cenevrə danışıqları kontekstində Qafqaz üzrə danışıqlar prosesini aparan şəxs qismində nümayəndənin göndərilməsini gördük".
"Rusiya və Fransa tərəfindən verilmiş rəsmi açıqlamalarda da öz nümayəndələrinə başqa status verildiyi qeyd olunur. Bütövlükdə Azərbaycan tərəfi post-münaqişə reallıqları çərçivəsində də, mahiyyət etibarı ilə də bu məsələni qaldırırdı. Çünki münaqişə yoxdur, münaqişə həll olunub", - deyə H.Hacıyev vurğulayıb.
O qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərində Minsk qrupunun hər hansı mandat daşıyıcı funksiyası yoxdur:
"Azərbaycan tərəfi deyirdi ki, Minsk qrupu nə ilə məşğul ola biləcəyinə dair özünün yol xəritəsini ortaya qoymalıdır. Müharibədən sonrakı dövr ərzində də Minsk qrupu belə bir sənədi ortaya qoymaq iqtidarında olmadığını bir daha göstərdi və özü-özünü məhv edəcək bir prosesə qədəm qoydu. Bunun da məsuliyyətini heç bir halda Azərbaycan Respublikası daşımır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı - Sputnik Azərbaycan, 1920, 22.04.2022
SİYASƏT
"Biz tək Ermənistanla deyil, dünya erməniliyi və himayədarları ilə müharibə aparmışıq"
Xəbər lenti
0