https://sputnik.az/20220422/ermenistana-hec-bir-guzest-olmayacaq---tofiq-abbasov-441333101.html
Ermənistana heç bir güzəşt olmayacaq - Tofiq Abbasov
Ermənistana heç bir güzəşt olmayacaq - Tofiq Abbasov
Sputnik Azərbaycan
Azərbaycanlı politoloq Armen Qriqoryanın açıqlamalarını şərh edərkən bildirib ki, Ermənistanın yenidən sabitliyi pozmaq cəhdləri olsa, o zaman sükutu pozanlar... 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T16:01+0400
2022-04-22T16:01+0400
2022-04-22T16:01+0400
ermənistan
siyasət
qarabağ
prezident ilham əliyev
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_0:32:3072:1760_1920x0_80_0_0_690a164439e1cc5e58105365b0ab934f.jpg
BAKI, 22 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "həll edilməmiş problem" zəminində eksperiment keçirməməlidir. Bunu politoloq Tofiq Abbasov @SputnikAz üçün xüsusi olaraq Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın son açıqlamaları haqqında danışarkən deyib.Politoloq qeyd edib ki, Qarabağ problemi həll olunub və Ermənistana heç bir ərazi güzəşti olmayacaq:"Belə olan halda mən əminəm ki, erməni siyasətçiləri ancaq özlərini eşidir və ətrafda baş verənləri görməməyə üstünlük verirlər. Ətrafda isə çox mühüm və əhəmiyyətli transformasiya prosesi canlanır. Problemin güc yolu ilə həlli artıq Azərbaycan tərəfindən arxa plana keçir".O vurğulayıb ki, Qarabağda və ya Ermənistan-Azərbaycan sərhədində yenidən sabitliyi pozmaq cəhdləri olsa, o zaman sükutu pozanlar layiq olduqları cavabı alacaqlar. Onlar mütləq şəkildə zərərsizləşdiriləcəklər.“Armen Qriqoryan öz həmfikirləri ilə birlikdə sakitləşsin. Belə bir vəziyyətdə realist olmağa və praqmatizm qanunlarına uyğun hərəkət etməyə dəyər”, – deyə politoloq qeyd edib.Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_225:0:2956:2048_1920x0_80_0_0_5e85f2b90f192f737114f51c4243d87a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, qarabağ, prezident ilham əliyev, avropa ittifaqı
ermənistan, qarabağ, prezident ilham əliyev, avropa ittifaqı
Ermənistana heç bir güzəşt olmayacaq - Tofiq Abbasov
Azərbaycanlı politoloq Armen Qriqoryanın açıqlamalarını şərh edərkən bildirib ki, Ermənistanın yenidən sabitliyi pozmaq cəhdləri olsa, o zaman sükutu pozanlar layiq olduqları cavabı alacaqlar.
BAKI, 22 aprel — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "həll edilməmiş problem" zəminində eksperiment keçirməməlidir. Bunu politoloq Tofiq Abbasov @SputnikAz üçün xüsusi olaraq Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın son açıqlamaları haqqında danışarkən deyib.
Politoloq qeyd edib ki, Qarabağ problemi həll olunub və Ermənistana heç bir ərazi güzəşti olmayacaq:
"Belə olan halda mən əminəm ki, erməni siyasətçiləri ancaq özlərini eşidir və ətrafda baş verənləri görməməyə üstünlük verirlər. Ətrafda isə çox mühüm və əhəmiyyətli transformasiya prosesi canlanır. Problemin güc yolu ilə həlli artıq Azərbaycan tərəfindən arxa plana keçir".
O vurğulayıb ki, Qarabağda və ya Ermənistan-Azərbaycan sərhədində yenidən sabitliyi pozmaq cəhdləri olsa, o zaman sükutu pozanlar layiq olduqları cavabı alacaqlar. Onlar mütləq şəkildə zərərsizləşdiriləcəklər.
“Armen Qriqoryan öz həmfikirləri ilə birlikdə sakitləşsin. Belə bir vəziyyətdə realist olmağa və praqmatizm qanunlarına uyğun hərəkət etməyə dəyər”, – deyə politoloq qeyd edib.
Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.