NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarındakı təlatümlər Azərbaycan neftinin bahalaşmasına səbəb olub

© AFP 2024 / MLADEN ANTONOVBakıda neft buruğu, arxiv şəkli
Bakıda neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti "Brent" markalı nefti üstələyib.
BAKI, 22 aprel — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 0,78% artaraq 110,79 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən "Brent" markalı neftin bir bareli 108,33 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, ötən həftə "Azeri Light" markalı neftin qiyməti 1,61 dollar artaraq 110 dolları ötmüşdü. Qeyd edək ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Martda ölkədə gündəlik xam neft hasilatı 579,4 min barel olub.
Məlumat üçün bildirək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0