Dörd il əvvəl Yaponiya səfirliyinin tikdiyi uşaq bağçası niyə fəaliyyət göstərmir?
09:29 22.04.2022 (Yenilənib: 11:55 22.04.2022)
© Sputnik / Ibrahim HashimovQaysarlı kəndində
© Sputnik / Ibrahim Hashimov
Abunə olmaq
Qaxın üç kəndinin uşaqları Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilən bağçanın açılışını gözləyə-gözləyə məktəbli olurlar.
BAKI, 22 aprel — Sputnik. Qax rayonunun Qaysarlı kəndində 2018-ci ildə uşaq bağçası tikilib. Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə inşa edilən bağça 3 kəndin uşaqları üçün nəzərdə tutulub. Lakin 4 il keçməsinə baxmayaraq, bağça hələ də istifadəyə verilməyib. Kənd sakini Elçin Mustafayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, hazırda bu kəndlərdə bağça yaşında olan xeyli uşaq var.
"2018-ci ildə Yaponiya səfirliyi uşaq bağçasını tikib. O vaxtdan bu yana hələ də açılışı olmayıb. Mənim 3 uşağım o bağçanı gördü, amma orada olmadı. Gözləyə-gözləyə artıq uşaqların üçü də məktəblidir. Mənim övladlarımdan ötdü, amma kənddə kiçik uşaqlar var. Bu bağça Qaysarlı, Qıpçaq və Amanlı kəndlərinin uşaqları üçün nəzərdə tutulub. Açılsa, yaxşı olar", - deyə Elçin Mustafayev qeyd edib.
© Sputnik / Ibrahim HashimovQaysarlı kəndində
Qaysarlı kəndində
© Sputnik / Ibrahim Hashimov
Qıpçaq kənd sakini Vasif Vəliyev də bağçanın bir an öncə açılmasının vacib olduğunu söyləyir.
"4 ildir tikilsə də, işləmir. Mən də bir baba kimi xahiş edirəm ki, nəvələrim məktəbə qədər bağçada tərbiyə alsınlar, gedib orada nəsə öyrənə bilsinlər. Kənddə bağçaya gedəsi o qədər uşaq var ki. Niyə fəaliyyət göstərməməsinin də səbəbini bilmirəm".
© Sputnik / Ibrahim HashimovVasif Vəliyev
Vasif Vəliyev
© Sputnik / Ibrahim Hashimov
Qıpçaq kənd sakini Şükufə İbrahimova isə deyir ki, uşaq bağçasının açılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin, müsbət nəticə əldə edilməyib.
© Sputnik / Ibrahim HashimovQaysarlı kəndində
Qaysarlı kəndində
© Sputnik / Ibrahim Hashimov
"Məktəbəqədər təhsil artıq ləğv olub. Ona görə də açılması vacibdir. Kənd camaatı adından aidiyyətı qurumlara müraciət də etmişik. Ancaq heç bir nəticəsi olmayıb. Səbəb də onu göstərirlər ki, nəsə sənəd problemi var. Bu gedişlə, bağça açılmadan ömrünü bağışlayacaq. Artıq onun təmiri belə köhnəlməyə başlayıb", - deyə Şükufə İbrahimova əlavə edib.
© Sputnik / Ibrahim HashimovŞükufə İbrahimova
Şükufə İbrahimova
© Sputnik / Ibrahim Hashimov
Məsələ ilə bağlı Qax Rayon Təhsil Şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, sözügedən bağça onların balansında deyil və yalnız Təhsil Nazirliyi tərəfindən istifadəsinə icazə verildikdən sonra fəaliyyət göstərə bilər.
Təhsil Nazirliyindən isə bildirilib ki, regionlarda məktəbəqədər təhsilin inkişafı ilə bağlı müvafiq işlər görülür. Bütün yaşayış məntəqələrinin uşaq bağçaları ilə təmin olunması məsələsi də nazirliyin diqqətindədir. Həmin işlər çərçivəsində bu problem də öz həllini tapacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.