CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə qanun keşikçiləri cəzalandırıldı

© pixabay / Daniel_B_photosMəhkəmə zalından görünüş
Məhkəmə zalından görünüş - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına görə hakimlər barəsində tənbeh tədbirləri görülüb.
BAKI, 22 aprel - Sputnik. Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb.
Şuradan verilən xəbərə görə, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Məlumatda o da qeyd olunur ki, fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.
Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0