https://sputnik.az/20220422/azergold-tenderlerin-qaliblerini-elan-edib-441336084.html
"Azergold" tenderlərin qaliblərini elan edib
"Azergold" tenderlərin qaliblərini elan edib
Sputnik Azərbaycan
Plana uyğun olaraq 2027-ci ilə qədər daha 6 qızıl yatağı, eləcə də 1 polimetal və 4 mis yatağı istifadəyə verilməlidir. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T20:11+0400
2022-04-22T20:11+0400
2022-04-22T20:12+0400
azergold
iqtisadiyyat
tender
qalib
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427397769_0:0:1280:720_1920x0_80_0_0_a7e57b6346c2ae53eff92b2c6d86a8ae.jpg
BAKI, 22 aprel — Sputnik. "Azergold" QSC Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin, eləcə də Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.Tenderlərin qalibi müvafiq olaraq "Maqro Construction" MMC-nin Azərbaycandakı filialı və "Real-İnşaat" MMC-dir.Qalib şirkətlərə 40 milyon 757 min manat və 2 milyon 247,98 min manat, ümumilikdə isə 43 milyon 004,98 min manat ödəniləcək.Xatırladaq ki, "Çovdar" Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan ("Ağyoxuş 2" "Ağyoxuş 3", "Mərəh", "Tülallar" və "Narçala" qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsi yaradılıb.Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən "Tülallar" yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il sürətləndiriləcək."Tülallar" sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurslarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427397769_160:0:1120:720_1920x0_80_0_0_4489c97d3d969510c8482b2971901466.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azergold, tender, qalib
"Azergold" tenderlərin qaliblərini elan edib
20:11 22.04.2022 (Yenilənib: 20:12 22.04.2022) Plana uyğun olaraq 2027-ci ilə qədər daha 6 qızıl yatağı, eləcə də 1 polimetal və 4 mis yatağı istifadəyə verilməlidir.
BAKI, 22 aprel — Sputnik. "Azergold" QSC Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin, eləcə də Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Tenderlərin qalibi müvafiq olaraq "Maqro Construction" MMC-nin Azərbaycandakı filialı və "Real-İnşaat" MMC-dir.
Qalib şirkətlərə 40 milyon 757 min manat və 2 milyon 247,98 min manat, ümumilikdə isə 43 milyon 004,98 min manat ödəniləcək.
Xatırladaq ki, "Çovdar" Filiz Emalı Sahəsinin bazasında müstəqil şəkildə istismarı səmərəsiz hesab edilən bir neçə yataqdan ("Ağyoxuş 2" "Ağyoxuş 3", "Mərəh", "Tülallar" və "Narçala" qızıl yataqları) hasil edilən filizlərin mərkəzləşdirilmiş qaydada, vahid istehsal sahəsində emal edilməsinə şərait yaradan İnteqrəolunmuş Emal Sahəsi yaradılıb.
Sözügedən sahənin yaradılması yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan həmin yataqların mərhələli şəkildə, səmərəlilik əmsalı yüksəldilməklə istismarına zəmin yaradıb.
Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən "Tülallar" yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il sürətləndiriləcək.
"Tülallar" sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurslarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.