https://sputnik.az/20220422/azerbaycanda-maskadan-istifade-telebi-legv-edildi---ki-illik-qadaga-goturuldu-441332808.html
Azərbaycanda maskadan istifadə tələbi ləğv edildi - İki illik qadağa götürüldü
Azərbaycanda maskadan istifadə tələbi ləğv edildi - İki illik qadağa götürüldü
Sputnik Azərbaycan
Nazirlər Kabineti karantin rejiminin uzadılması və tibbi maskanın ləğvi barədə qərar verib. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T14:00+0400
2022-04-22T14:00+0400
2022-04-22T14:15+0400
maska
azərbaycan xəbərləri
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083229_0:0:3073:1728_1920x0_80_0_0_bf8ef14234b63e3dffde8686bf9ab41a.jpg
BAKI, 22 aprel — Sputnik. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.Qərara əsasən:Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb;2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1e/427083229_112:0:2843:2048_1920x0_80_0_0_b166aee73dac1e5f8a7693888b22b669.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
maska, nazirlər kabineti
Azərbaycanda maskadan istifadə tələbi ləğv edildi - İki illik qadağa götürüldü
14:00 22.04.2022 (Yenilənib: 14:15 22.04.2022) Nazirlər Kabineti karantin rejiminin uzadılması və tibbi maskanın ləğvi barədə qərar verib.
BAKI, 22 aprel — Sputnik. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb;
2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 31 may saat 06:00-dan etibarən açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbini ləğv etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.