https://sputnik.az/20220421/s-axtaranlarin-nezerine-ozunuzu-ve-pulunuzu-bu-adamlardan-qoruyun-441269622.html
İş axtaranların nəzərinə: Özünüzü və pulunuzu bu adamlardan qoruyun!
İş axtaranların nəzərinə: Özünüzü və pulunuzu bu adamlardan qoruyun!
Sputnik Azərbaycan
İşədüzəltmə saytlarında dələduzlar tərəfindən dövlət qurumlarının adından saxta iş elanları yerləşdirilir. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T09:30+0400
2022-04-21T09:30+0400
2022-04-21T09:30+0400
azərbaycan
cəmiyyət
işədüzəlmə
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210641_0:14:3072:1742_1920x0_80_0_0_38d30a68826fe9423c6f4bd58a207c0c.jpg
BAKI, 21 aprel — Sputnik. İş elanı saytlarında son vaxtlar dələduzlar aktivləşib. Onlar hətta dövlət qurumlarının adından istifadə edərək iş elanları yerləşdirir, vətəndaşlardan buna görə pul tələb edirlər.Bu günlərdə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Agentlikdən daxil olan məlumatda deyilir ki, bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, "müqavilə rüsumu" olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib. İshtap.az, boss.az, salamjob.az, ishelanları.az kimi elan saytlarında Agentlik barədə həqiqətə uyğun olmayan informasiyaları paylaşaraq vətəndaşların aldanmalarına səbəb olub. Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Vətəndaşlardan bu tip elanlarla qarşılaşdıqları zaman diqqətli olmaları və Agentliyin Çağrı Mərkəzi -1412 ilə əlaqə saxlamaları, həmçinin 077-677-14-12 “Whatsapp” nömrəsinə yazmaları xahiş olunur.Bu faktdan da görünür ki, Azərbaycanda məşğulluqla bağlı bir sıra tədbirlər görülsə də, hələ də işədüzəltmə adı altında fırıldaqçılıqla məşğul olan agentliklər öz fəaliyyətini davam etdirir. Hətta onlar əvvəllər işə düzəltmək adı ilə vətəndaşlardan 40-45 manat tələb edirdilərsə, işədüzəltmə agentlikləri indi qiyməti artıraraq 60 manata çatdırıblar.Dövlət qurumlarının adından iş elanları verən dələduzlar peyda olubAzərbaycan Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən həftənin şənbə günü qurumun “Whatsapp” xidmətinə iş elanından aldadılma ilə bağlı müraciət daxil olub. İlk baxışdan həmin elanın ADRA-ya aid olduğu görünür. Elanda Agentliyin iş nömrəsi, hətta internet ünvanı və maili də yerləşdirilib. Amma reklamı verən şəxsin adından görünür ki, bu Agentliyin əməkdaşı deyil. Həmçinin mobil nömrə Agentliyin əməkdaşının nömrəsi deyil. Araşdırıldıqda məlum olub ki, Agentlik tərəfindən belə bir elan yerləşdirilməyib: "Bundan sonra biz vətəndaşa elanın Agentliyə aid olmadığını bildirdik. Daha sonra iş elanını yerləşdirən saytla əlaqə saxlanılaraq bu elanın silinməsi tələb olundu.Araşdırma zamanı iş elanında qoyulan nömrənin aktiv olmadığı da üzə çıxdı. Bizim quruma bundan sonra sözügedən iş elanı ilə bağlı çoxlu sayda şikayətlər daxil oldu. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət olundu".E.Mahir bildirib ki, vətəndaşları aldadan şəxs onlardan əmək kitabçası, şəxsiyyət vəsiqəsi və rüsum tələb edib. Rüsumu isə əmək müqaviləsini hazırlamaq üçün tələb etdiyini bildirib. Onlara Azərbaycandakı bankda açılan hesabını verib.Həmsöhbətimiz deyib ki, iş elanı saytlarında təkcə ADRA-nın yox, Dövlət Gömrük Xidmətinin adından da belə iş elanları paylaşılır. Hətta vətəndaşları aldatmaqla məşğul olan şəxs elanların birində Dövlət Gömrük Komitəsinin rəsmi mail ünvanını qeyd edib.İş elanı saytları yaxasını məsuliyyətdən kənara çəkirElçin Mahirin sözlərinə görə, ADRA bir neçə nüfuzlu iş elanları saytları ilə əməkdaşlıq edir. Amma həmin elan Agentlik tərəfindən yerləşdirilməyib. Qurum rəsmisi bildirir ki, elanlar çox olduğundan, iş elanı saytları bütün elanları təqib edə bilmirlər. Bu isə həmin elanlara olan inamı itirir.İş elanları saytlarından isə bildirdilər ki, onların işi elanı sayta yerləşdirməkdir. Əgər elanla bağlı narazılıq varsa, vətəndaş işədüzəltmə agentliyinə şikayət edə bilər.Maarifləndirməkdən başqa çıxış yolu yoxdurVətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işədüzəltmə adı altında dələduzluq halları artıb. S.Məmmədov deyir ki, bu hadisələrdən işsiz şəxslər sığortalanmayıb. Onun sözlərinə görə, bundan yeganə çıxış yolu isə vətəndaşların maarifləndirilməsidir: "Əsl işədüzəltmə agentliyi pulu işə düzələndən yox, işəgötürəndən almalıdır. İşçidən müəyyən məbləğ ancaq son mərhələdə alına bilər. Bunun üçün isə mütləq şəkildə tərəflər arasında müqavilə bağlanılmalıdır. Tərəflər qarşısında öhdəlik götürülməlidir ki, vətəndaş işə düzəldildikdən sonra işədüzəltmə şirkətinə müəyyən vəsait ödənilsin. Əgər əvvəldən vətəndaşdan pul tələb edilirsə, hər kəs bilməlidir ki, bu, dələduzluq məqsədi daşıyır".Alt sistem nə işə yarayır?Qeyd edək ki, hələ bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək "Əmək münasibətləri və məşğulluq" altsistemini hazırlayıb. Bu altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır. Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstəyi verməkdir.Bəs görəsən, bu sistem işədüzəltmə sahəsində fırıldaqçılığın qarşısını ala bilərmi?Dövlət Məşğulluq Agentliyinin Sosial əməkdaşlıq şöbəsinin müdiri Zaur Umar Sputnik Azərbaycan-a bildirib ki, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri yaradılıb. Bu reyestrdə qeydiyyatdan keçən hüquqi şəxslər həqiqətən də bu xidməti göstərirlər. Reyestrə daxil olan işədüzəltmə şirkətlərinin məlumatları qeydiyyata alınmazdan öncə yoxlanılır: "Biz vətəndaşlara məlumat vermişik ki, reyestrdə olan vasitəçilər həqiqətən də bu fəaliyyət növü ilə məşğul olur. Vətəndaşlar reyestrdə qeydiyyatdan keçməyən vasitəçilərin xidmətindən istifadə etməsinlər".Həmsöhbətimiz bildirdi ki, işədüzəltmə vasitəçilərinin hüquqi şəxs yaratmadan fəaliyyəti, Agentliklə elektron məlumat mübadiləsi aparmamaları İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət nəzərdə tutub. Onlar belə halda cərimələnə bilərlər.Xatırladaq ki, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210641_341:0:3072:2048_1920x0_80_0_0_dee956b38e994116334971611d33d170.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, işədüzəlmə
İş axtaranların nəzərinə: Özünüzü və pulunuzu bu adamlardan qoruyun!
İşədüzəltmə saytlarında dələduzlar tərəfindən dövlət qurumlarının adından saxta iş elanları yerləşdirilir.
BAKI, 21 aprel — Sputnik. İş elanı saytlarında son vaxtlar dələduzlar aktivləşib. Onlar hətta dövlət qurumlarının adından istifadə edərək iş elanları yerləşdirir, vətəndaşlardan buna görə pul tələb edirlər.
Bu günlərdə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Agentlikdən daxil olan məlumatda deyilir ki, bəzi elan saytlarında özünü Reklam Agentliyinin əməkdaşı kimi təqdim edən şəxs qurumun yerləşdiyi ünvan, telefon və elektron adreslərini qeyd etməklə, "müqavilə rüsumu" olaraq təqdim olunan bank hesabına 58 AZN ödəniş müqabilində vətəndaşların işlə təmin ediləcəyi barədə elan yerləşdirib. İshtap.az, boss.az, salamjob.az, ishelanları.az kimi elan saytlarında Agentlik barədə həqiqətə uyğun olmayan informasiyaları paylaşaraq vətəndaşların aldanmalarına səbəb olub.
Agentliyin adından istifadə edərək dələduzluqla məşğul olan şəxs barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Vətəndaşlardan bu tip elanlarla qarşılaşdıqları zaman diqqətli olmaları və Agentliyin Çağrı Mərkəzi -1412 ilə əlaqə saxlamaları, həmçinin 077-677-14-12 “Whatsapp” nömrəsinə yazmaları xahiş olunur.
Bu faktdan da görünür ki, Azərbaycanda məşğulluqla bağlı bir sıra tədbirlər görülsə də, hələ də işədüzəltmə adı altında fırıldaqçılıqla məşğul olan agentliklər öz fəaliyyətini davam etdirir. Hətta onlar əvvəllər işə düzəltmək adı ilə vətəndaşlardan 40-45 manat tələb edirdilərsə, işədüzəltmə agentlikləri indi qiyməti artıraraq 60 manata çatdırıblar.
Dövlət qurumlarının adından iş elanları verən dələduzlar peyda olub
Azərbaycan Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən həftənin şənbə günü qurumun “Whatsapp” xidmətinə iş elanından aldadılma ilə bağlı müraciət daxil olub. İlk baxışdan həmin elanın ADRA-ya aid olduğu görünür.
Elanda Agentliyin iş nömrəsi, hətta internet ünvanı və maili də yerləşdirilib. Amma reklamı verən şəxsin adından görünür ki, bu Agentliyin əməkdaşı deyil. Həmçinin mobil nömrə Agentliyin əməkdaşının nömrəsi deyil. Araşdırıldıqda məlum olub ki, Agentlik tərəfindən belə bir elan yerləşdirilməyib: "Bundan sonra biz vətəndaşa elanın Agentliyə aid olmadığını bildirdik. Daha sonra iş elanını yerləşdirən saytla əlaqə saxlanılaraq bu elanın silinməsi tələb olundu.
Araşdırma zamanı iş elanında qoyulan nömrənin aktiv olmadığı da üzə çıxdı. Bizim quruma bundan sonra sözügedən iş elanı ilə bağlı çoxlu sayda şikayətlər daxil oldu. Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət olundu".
E.Mahir bildirib ki, vətəndaşları aldadan şəxs onlardan əmək kitabçası, şəxsiyyət vəsiqəsi və rüsum tələb edib. Rüsumu isə əmək müqaviləsini hazırlamaq üçün tələb etdiyini bildirib. Onlara Azərbaycandakı bankda açılan hesabını verib.
Həmsöhbətimiz deyib ki, iş elanı saytlarında təkcə ADRA-nın yox, Dövlət Gömrük Xidmətinin adından da belə iş elanları paylaşılır. Hətta vətəndaşları aldatmaqla məşğul olan şəxs elanların birində Dövlət Gömrük Komitəsinin rəsmi mail ünvanını qeyd edib.
İş elanı saytları yaxasını məsuliyyətdən kənara çəkir
Elçin Mahirin sözlərinə görə, ADRA bir neçə nüfuzlu iş elanları saytları ilə əməkdaşlıq edir. Amma həmin elan Agentlik tərəfindən yerləşdirilməyib. Qurum rəsmisi bildirir ki, elanlar çox olduğundan, iş elanı saytları bütün elanları təqib edə bilmirlər. Bu isə həmin elanlara olan inamı itirir.
İş elanları saytlarından isə bildirdilər ki, onların işi elanı sayta yerləşdirməkdir. Əgər elanla bağlı narazılıq varsa, vətəndaş işədüzəltmə agentliyinə şikayət edə bilər.
Maarifləndirməkdən başqa çıxış yolu yoxdur
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işədüzəltmə adı altında dələduzluq halları artıb. S.Məmmədov deyir ki, bu hadisələrdən işsiz şəxslər sığortalanmayıb. Onun sözlərinə görə, bundan yeganə çıxış yolu isə vətəndaşların maarifləndirilməsidir:
"Əsl işədüzəltmə agentliyi pulu işə düzələndən yox, işəgötürəndən almalıdır. İşçidən müəyyən məbləğ ancaq son mərhələdə alına bilər. Bunun üçün isə mütləq şəkildə tərəflər arasında müqavilə bağlanılmalıdır. Tərəflər qarşısında öhdəlik götürülməlidir ki, vətəndaş işə düzəldildikdən sonra işədüzəltmə şirkətinə müəyyən vəsait ödənilsin. Əgər əvvəldən vətəndaşdan pul tələb edilirsə, hər kəs bilməlidir ki, bu, dələduzluq məqsədi daşıyır".
Alt sistem nə işə yarayır?
Qeyd edək ki, hələ bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək "Əmək münasibətləri və məşğulluq" altsistemini hazırlayıb.
Bu altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır. Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstəyi verməkdir.
Bəs görəsən, bu sistem işədüzəltmə sahəsində fırıldaqçılığın qarşısını ala bilərmi?
Dövlət Məşğulluq Agentliyinin Sosial əməkdaşlıq şöbəsinin müdiri Zaur Umar Sputnik Azərbaycan-a bildirib ki, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri yaradılıb. Bu reyestrdə qeydiyyatdan keçən hüquqi şəxslər həqiqətən də bu xidməti göstərirlər.
Reyestrə daxil olan işədüzəltmə şirkətlərinin məlumatları qeydiyyata alınmazdan öncə yoxlanılır: "Biz vətəndaşlara məlumat vermişik ki, reyestrdə olan vasitəçilər həqiqətən də bu fəaliyyət növü ilə məşğul olur. Vətəndaşlar reyestrdə qeydiyyatdan keçməyən vasitəçilərin xidmətindən istifadə etməsinlər".
Həmsöhbətimiz bildirdi ki, işədüzəltmə vasitəçilərinin hüquqi şəxs yaratmadan fəaliyyəti, Agentliklə elektron məlumat mübadiləsi aparmamaları İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət nəzərdə tutub. Onlar belə halda cərimələnə bilərlər.
Xatırladaq ki, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron reyestri “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin