https://sputnik.az/20220421/rusiya-olkeni-terketmis-xarici-sirketlerin-emlakini-millilesdirecekmi-441299458.html
Rusiya ölkəni tərk etmiş xarici şirkətlərin əmlakını milliləşdirəcəkmi?
Rusiya ölkəni tərk etmiş xarici şirkətlərin əmlakını milliləşdirəcəkmi?
Sputnik Azərbaycan
RF prezidentinin köməkçisi aktual məsələyə aydınlıq gətirib. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T15:51+0400
2022-04-21T15:51+0400
2022-04-21T16:24+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
dmitri peskov
xarici şirkətlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440141452_0:102:3005:1792_1920x0_80_0_0_903c19767f1dfe4531d084c4adcbab91.jpg
BAKI, 21 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (MHİF) Rusiyanı tərk etmiş şirkətlərin əmlakının milliləşdirilməsi ilə bağlı ümumiləşdirilmiş yanaşması doğru deyil, işçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi vacibdir.Bir gün əvvəl "MHİF" Baş Şurası istehsaldan imtina edən dost olmayan ölkələrin şirkətlərinin əmlakının milliləşdirilməsi tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib."Burada çətin ki, ümumiləşdirilmiş yanaşma olsun. Çünki şirkətlər özləri fərqli davranırlar. Bəzi şirkətlər fəaliyyətini dayandırır, qanunvericiliyimizə uyğun olaraq işçilər qarşısında bütün öhdəlikləri yerinə yetirməkdə davam edir. Bəzi hallar var ki, işçilər qarşısında öhdəliklər yerinə yetirilmir, onlar xüsusi diqqət tələb edir. Lakin istənilən halda, hər bir konkret epizod hökumətimiz üçün xüsusi diqqət yetiriləsi mövzudur. Bizim buna nəzarət edən nazirliklərimiz məsələ ilə məşğuldurlar", - deyə Peskov məsələni şərh edərkən jurnalistlərə bildirib.Qeyd edilir ki, artıq 600-dən çox Qərb şirkəti Ukraynadakı münaqişəyə görə Rusiya bazarını tərk edir və ya oradakı əməliyyatları azaldacaqlarını bəyan edib. Lakin nəticələr korporativ bəyanatlarda qeyd olunanlardan çox olacaq.Zərərlər həm də şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq. Qlobal şirkətlər aktivlərin satışı, zavodların bağlanması və sanksiyaların nəticələri ilə mübarizə apararkən Rusiya əməliyyatlarından on milyardlarla dollar itkilər hesablayırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/transmilli-sirketler-on-milyardlarla-dollar-itirecek-441112034.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440141452_0:0:2731:2048_1920x0_80_0_0_d0a09ac30b3ea2354cc372d25aae956a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, xarici şirkətlər, rusiya
dmitri peskov, xarici şirkətlər, rusiya
Rusiya ölkəni tərk etmiş xarici şirkətlərin əmlakını milliləşdirəcəkmi?
15:51 21.04.2022 (Yenilənib: 16:24 21.04.2022) RF prezidentinin köməkçisi aktual məsələyə aydınlıq gətirib.
BAKI, 21 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (MHİF) Rusiyanı tərk etmiş şirkətlərin əmlakının milliləşdirilməsi ilə bağlı ümumiləşdirilmiş yanaşması doğru deyil, işçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi vacibdir.
Bir gün əvvəl "MHİF" Baş Şurası istehsaldan imtina edən dost olmayan ölkələrin şirkətlərinin əmlakının milliləşdirilməsi tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
"Burada çətin ki, ümumiləşdirilmiş yanaşma olsun. Çünki şirkətlər özləri fərqli davranırlar. Bəzi şirkətlər fəaliyyətini dayandırır, qanunvericiliyimizə uyğun olaraq işçilər qarşısında bütün öhdəlikləri yerinə yetirməkdə davam edir. Bəzi hallar var ki, işçilər qarşısında öhdəliklər yerinə yetirilmir, onlar xüsusi diqqət tələb edir. Lakin istənilən halda, hər bir konkret epizod hökumətimiz üçün xüsusi diqqət yetiriləsi mövzudur. Bizim buna nəzarət edən nazirliklərimiz məsələ ilə məşğuldurlar", - deyə Peskov məsələni şərh edərkən jurnalistlərə bildirib.
Qeyd edilir ki, artıq 600-dən çox Qərb şirkəti Ukraynadakı münaqişəyə görə Rusiya bazarını tərk edir və ya oradakı əməliyyatları azaldacaqlarını bəyan edib. Lakin nəticələr korporativ bəyanatlarda qeyd olunanlardan çox olacaq.
Zərərlər həm də şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq. Qlobal şirkətlər aktivlərin satışı, zavodların bağlanması və sanksiyaların nəticələri ilə mübarizə apararkən Rusiya əməliyyatlarından on milyardlarla dollar itkilər hesablayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.