https://sputnik.az/20220415/transmilli-sirketler-on-milyardlarla-dollar-itirecek-441112034.html
Transmilli şirkətlər on milyardlarla dollar itirəcək
Transmilli şirkətlər on milyardlarla dollar itirəcək
Sputnik Azərbaycan
"Wall Street Journal" nəşri yazır ki, zərərlər şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq. 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T07:08+0400
2022-04-15T07:08+0400
2022-04-15T07:08+0400
dollar
dünya xəbərləri
transmilli media resursları
britaniya
neft
bp
bp şirkəti
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690705_0:0:3035:1708_1920x0_80_0_0_c29072fc8587163f55087ab3f9415e75.jpg
BAKI, 15 aprel — Sputnik. Transmilli şirkətlər Rusiyada fəaliyyətini dayandırdıqdan sonra on milyardlarla dollar itirib. Bu barədə "Wall Street Journal" nəşri şirkətlərin bəyanatları, onların sənədləri və analitiklərin şərhləri əsasında yazıb.Qeyd edilir ki, artıq 600-dən çox Qərb şirkəti Ukraynadakı münaqişəyə görə Rusiya bazarını tərk edir və ya oradakı əməliyyatları azaldacaqlarını bəyan edib. Lakin nəticələr korporativ bəyanatlarda qeyd olunanlardan çox olacaq. Zərərlər həm də şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq. Qlobal şirkətlər aktivlərin satışı, zavodların bağlanması və sanksiyaların nəticələri ilə mübarizə apararkən Rusiya əməliyyatlarından on milyardlarla dollar itkilər hesablayırlar.Məqalədə deyilir ki, ən böyük itkilər Britaniyanın neft nəhəngi BP-dən gözlənilir. O, “Rosneft”dəki demək olar ki, 20% paydan imtina etdikdən sonra potensial olaraq 25 milyard dollara qədər itirə bilər."WSJ" "Kroll" MMC konsaltinq firmasının idarəedici direktoru Karla Nunesə istinadən yazır ki, Rusiyanı tərk etməkdən ən çox Avropa şirkətlərinin gəlirləri zərər görəcək: "Həmçinin, ABŞ-da inflyasiya və qlobal təchizat zəncirlərinin pozulmasına daha çox zərər verə bilər".Artıq Rusiyada fəaliyyətlərini dayandırdıqlarını elan etmiş həmin neft-qaz şirkətləri maliyyə itkilərinə hazırlaşırlar. Belə ki, ABŞ-ın neft-qaz korporasiyası “Exxon Mobil” Saxalin üzərində böyük neft-qaz layihəsində öz payının 30%-indən imtina etmək niyyətindədir. Qəzet yazır ki, bu səbəbdən o, 4 milyard dollara qədər zərərə uğraya bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0d/426690705_248:0:2979:2048_1920x0_80_0_0_3faad7a9ed75af8d02b61c6555e72206.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dollar, transmilli media resursları, britaniya, neft, bp, bp şirkəti, ukrayna
dollar, transmilli media resursları, britaniya, neft, bp, bp şirkəti, ukrayna
Transmilli şirkətlər on milyardlarla dollar itirəcək
"Wall Street Journal" nəşri yazır ki, zərərlər şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq.
BAKI, 15 aprel — Sputnik. Transmilli şirkətlər Rusiyada fəaliyyətini dayandırdıqdan sonra on milyardlarla dollar itirib. Bu barədə "Wall Street Journal" nəşri şirkətlərin bəyanatları, onların sənədləri və analitiklərin şərhləri əsasında yazıb.
Qeyd edilir ki, artıq 600-dən çox Qərb şirkəti Ukraynadakı münaqişəyə görə Rusiya bazarını tərk edir və ya oradakı əməliyyatları azaldacaqlarını bəyan edib. Lakin nəticələr korporativ bəyanatlarda qeyd olunanlardan çox olacaq.
Zərərlər həm də şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı olacaq. Qlobal şirkətlər aktivlərin satışı, zavodların bağlanması və sanksiyaların nəticələri ilə mübarizə apararkən Rusiya əməliyyatlarından on milyardlarla dollar itkilər hesablayırlar.
Məqalədə deyilir ki, ən böyük itkilər Britaniyanın neft nəhəngi BP-dən gözlənilir. O, “Rosneft”dəki demək olar ki, 20% paydan imtina etdikdən sonra potensial olaraq 25 milyard dollara qədər itirə bilər.
"WSJ" "Kroll" MMC konsaltinq firmasının idarəedici direktoru Karla Nunesə istinadən yazır ki, Rusiyanı tərk etməkdən ən çox Avropa şirkətlərinin gəlirləri zərər görəcək: "Həmçinin, ABŞ-da inflyasiya və qlobal təchizat zəncirlərinin pozulmasına daha çox zərər verə bilər".
Artıq Rusiyada fəaliyyətlərini dayandırdıqlarını elan etmiş həmin neft-qaz şirkətləri maliyyə itkilərinə hazırlaşırlar. Belə ki, ABŞ-ın neft-qaz korporasiyası “Exxon Mobil” Saxalin üzərində böyük neft-qaz layihəsində öz payının 30%-indən imtina etmək niyyətindədir. Qəzet yazır ki, bu səbəbdən o, 4 milyard dollara qədər zərərə uğraya bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!