https://sputnik.az/20220421/nazirlik-mezuniyyetdeki-suruculere-qanunsuz-yanacaq-pulu-odeyib-441310447.html
Nazirlik məzuniyyətdəki sürücülərə qanunsuz yanacaq pulu ödəyib
Nazirlik məzuniyyətdəki sürücülərə qanunsuz yanacaq pulu ödəyib
Sputnik Azərbaycan
Altmış min yüz səksən manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda əks etdirilib 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T22:28+0400
2022-04-21T22:28+0400
2022-04-21T22:28+0400
manat
cəmiyyət
yoxlama
energetika nazirliyi
layihə
yanacaq
pul
e-qaimə
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 21 aprel — Sputnik. Energetika Nazirliyinin 2 milyon manatdan çox vergi borcu olan podratçı şirkətlə "Nazirliyin informasiya sistemlərinin və ehtiyatlarının Məlumatların Saxlanılması və Emalı Mərkəzində qorunması xidməti" satınalması üzrə müqavilə bağladığı üzə çıxıb.Bu, Hesablama Palatasının Energetika Nazirliyində 01.01.2020-31.12.2020-ci il tarixləri əhatə olunmaqla, 03.11.2021-ci il tarixindən 02.12.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı məlum olub.Qeyd olunub ki, podratçı şirkətin dövlət büdcəsinə 2 milyon 42 min 510,039 manat borcu olduğu üzə çıxıb. Bu da satınalma prosesində iştirak edən iddiaçının ixtisas göstəricilərinin uyğunsuzluğu kimi qeyd edilir.APA-nın xəbərinə görə, nazirliyin Mərkəzi Aparatı üzrə xidməti minik avtomobillərinin sürücülərinin məzuniyyətdə olduqları dövrdə onların kart hesablarına 2020-ci ildə 6 halda 657,3 min manat məbləğində yanacağa görə vəsait xərc edilib.Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan nazirliyə Araz çayı üzərində "Xudafərin" hidroqovşağının və su elektrik stansiyasının tikilməsi layihəsi çərçivəsində xərclərin və dəymiş ziyanların qiymətləndirilməsi, "Xudafərin" hidroqovşağının əvəzləmə dəyərinin hesablanması, "Xudafərin" və "Qız qalası" layihələrinin başa çatdırılması təklifini dəyərləndirilməsi üçün yeni yetiriləcək işlərinə dair nazirlik ilə şirkət arasında ümumilikdə 130 min ABŞ dollarının manat ekvivalenti dəyərində 14 avqust 2020-ci il tarixində müqavilə imzalanıb.26 avqust 2020-ci il tarixində müqavilə məbləğinin 30 %-i həcmində 60 180 manat məbləğində qabaqcadan ödəniş edilib. Qeyd edilməlidir ki, nazirlik ilə şirkət arasında 30 sentyabr 2021-ci il tarixində imzalanmış yerinə yetirilmiş işin təhvil-təslim aktı və təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli elektron qaimə uçotda əks etdirilməyərək, 60 180 manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda və xəzinədarlıq idarəsinin üzləşmə aktında əks etdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, yoxlama, energetika nazirliyi, layihə, yanacaq, pul, e-qaimə
manat, yoxlama, energetika nazirliyi, layihə, yanacaq, pul, e-qaimə
Nazirlik məzuniyyətdəki sürücülərə qanunsuz yanacaq pulu ödəyib
Altmış min yüz səksən manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda əks etdirilib
BAKI, 21 aprel — Sputnik. Energetika Nazirliyinin 2 milyon manatdan çox vergi borcu olan podratçı şirkətlə "Nazirliyin informasiya sistemlərinin və ehtiyatlarının Məlumatların Saxlanılması və Emalı Mərkəzində qorunması xidməti" satınalması üzrə müqavilə bağladığı üzə çıxıb.
Bu, Hesablama Palatasının Energetika Nazirliyində 01.01.2020-31.12.2020-ci il tarixləri əhatə olunmaqla, 03.11.2021-ci il tarixindən 02.12.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı məlum olub.
Qeyd olunub ki, podratçı şirkətin dövlət büdcəsinə 2 milyon 42 min 510,039 manat borcu olduğu üzə çıxıb. Bu da satınalma prosesində iştirak edən iddiaçının ixtisas göstəricilərinin uyğunsuzluğu kimi qeyd edilir.
APA-nın xəbərinə görə, nazirliyin Mərkəzi Aparatı üzrə xidməti minik avtomobillərinin sürücülərinin məzuniyyətdə olduqları dövrdə onların kart hesablarına 2020-ci ildə 6 halda 657,3 min manat məbləğində yanacağa görə vəsait xərc edilib.
Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan nazirliyə Araz çayı üzərində "Xudafərin" hidroqovşağının və su elektrik stansiyasının tikilməsi layihəsi çərçivəsində xərclərin və dəymiş ziyanların qiymətləndirilməsi, "Xudafərin" hidroqovşağının əvəzləmə dəyərinin hesablanması, "Xudafərin" və "Qız qalası" layihələrinin başa çatdırılması təklifini dəyərləndirilməsi üçün yeni yetiriləcək işlərinə dair nazirlik ilə şirkət arasında ümumilikdə 130 min ABŞ dollarının manat ekvivalenti dəyərində 14 avqust 2020-ci il tarixində müqavilə imzalanıb.
26 avqust 2020-ci il tarixində müqavilə məbləğinin 30 %-i həcmində 60 180 manat məbləğində qabaqcadan ödəniş edilib. Qeyd edilməlidir ki, nazirlik ilə şirkət arasında 30 sentyabr 2021-ci il tarixində imzalanmış yerinə yetirilmiş işin təhvil-təslim aktı və təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli elektron qaimə uçotda əks etdirilməyərək, 60 180 manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda və xəzinədarlıq idarəsinin üzləşmə aktında əks etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.