https://sputnik.az/20220421/ki-yuz-elli-min-tona-yaxin-tehlukeli-tullanti-yaranib-441304055.html
İki yüz əlli min tona yaxın təhlükəli tullantı yaranıb
İki yüz əlli min tona yaxın təhlükəli tullantı yaranıb
Sputnik Azərbaycan
İstehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T20:00+0400
2022-04-21T20:00+0400
2022-04-21T20:09+0400
məişət tullantları
cəmiyyət
sənaye
iqtisadiyyat
müəssisə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087096_0:161:3068:1887_1920x0_80_0_0_ce47bdc52f9dc9ef3f3bf626b08d922f.jpg
BAKI, 21 aprel — Sputnik. Ötən il ölkədə 3778,2 min ton və ya əvvəlki illə müqayisədə 9,4 faiz çox tullantı əmələ gəlib və onların 68,3 faizini bərk məişət tullantıları, 31,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,3 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,4 faizi isə ölkə daxilində satılıb.Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7 faiz az elektrik enerjisi istehsal edilib.Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 34,2 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 6,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi isə müəssisələrdə qalıb.Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6,5 faiz olub. Tullantıların 57,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220305/qarabagda-tullantilar-bu-cur-idare-olunacaq-439858590.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087096_169:0:2900:2048_1920x0_80_0_0_ddf20db31a98f68275449934204ceab1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məişət tullantları, sənaye, iqtisadiyyat, müəssisə
məişət tullantları, sənaye, iqtisadiyyat, müəssisə
İki yüz əlli min tona yaxın təhlükəli tullantı yaranıb
20:00 21.04.2022 (Yenilənib: 20:09 21.04.2022) İstehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib
BAKI, 21 aprel — Sputnik. Ötən il ölkədə 3778,2 min ton və ya əvvəlki illə müqayisədə 9,4 faiz çox tullantı əmələ gəlib və onların 68,3 faizini bərk məişət tullantıları, 31,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il yaranmış 2581,2 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,3 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,4 faizi isə ölkə daxilində satılıb.
Məişət tullantılarından istifadə hesabına 193,2 milyon kVt saat və ya 2020-ci illə müqayisədə 3,7 faiz az elektrik enerjisi istehsal edilib.
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 12,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 34,2 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 6,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi isə müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2021-ci ildə 245,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6,5 faiz olub. Tullantıların 57,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 102,5 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.