https://sputnik.az/20220421/dunya-azerbaycanlilarinin-v-qurultayinin-susada-kecirilmesi-tarixi-hadisedir---qusman-441284054.html
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir - Qusman
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir - Qusman
Sputnik Azərbaycan
TASS-ın baş direktorunun birinci müavini uzun illər bu günü gözlədiyini, bunun üçün dua etdiyini söyləyib. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T10:26+0400
2022-04-21T10:26+0400
2022-04-21T10:26+0400
azərbaycan xəbərləri
qurultay
azərbaycanlılar
şuşa
https://cdnn1.img.sputnik.az/img/42295/45/422954508_0:0:2000:1125_1920x0_80_0_0_aaf98fc552b21918d0e792cebf8410d3.jpg
BAKI, 21 aprel — Sputnik. "Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirilməsi böyük tarixi hadisədir. Biz uzun illərdir ki, bu hadisəni gözləyirdik və dua edirdik". Bu barədə "Report"un Rusiya bürosuna TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Mixail Qusman və Azərbaycan icmasının tələbələri arasında hər kəsin sual verə bilmək imkanı olan "Open Talk" formatında görüş keçirilib.Qusman Bakı ilə bağlı xatirələrindən danışıb:"Ömrümün yarısını Bakıda keçirmişəm. Bu şəhərlə bağlı ən gözəl xatirələrim var. Bu mehriban, tolerant, insanlara açıq Bakı şəhəri xatirələridir. Bakı - multikultural dəyəri və ənənələri ilə unikaldır".O, çıxışı zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşü də xatırladıb, onun birlikdə işləməli olduğu ən yaddaqalan şəxs olduğunu qeyd edib.Qeyd edək ki, Qurultay Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısı olacaq. Qurultayın tarixi önəmindən biri də onun türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsidir. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.Xatırladaq ki, sabah Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Qurultay iki gün- aprelin 22-23-də keçiriləcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir.Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələr təşkil ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220418/susada-zefer-qurultayi-kecirilecek-441188313.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42295/45/422954508_209:0:1982:1330_1920x0_80_0_0_297ac5baff9bd259fe7f9d478d2c5963.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurultay, azərbaycanlılar, şuşa
qurultay, azərbaycanlılar, şuşa
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir - Qusman
TASS-ın baş direktorunun birinci müavini uzun illər bu günü gözlədiyini, bunun üçün dua etdiyini söyləyib.
BAKI, 21 aprel — Sputnik. "Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirilməsi böyük tarixi hadisədir. Biz uzun illərdir ki, bu hadisəni gözləyirdik və dua edirdik". Bu barədə "Report"un Rusiya bürosuna TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Mixail Qusman və Azərbaycan icmasının tələbələri arasında hər kəsin sual verə bilmək imkanı olan "Open Talk" formatında görüş keçirilib.
Qusman Bakı ilə bağlı xatirələrindən danışıb:
"Ömrümün yarısını Bakıda keçirmişəm. Bu şəhərlə bağlı ən gözəl xatirələrim var. Bu mehriban, tolerant, insanlara açıq Bakı şəhəri xatirələridir. Bakı - multikultural dəyəri və ənənələri ilə unikaldır".
O, çıxışı zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşü də xatırladıb, onun birlikdə işləməli olduğu ən yaddaqalan şəxs olduğunu qeyd edib.
Qeyd edək ki, Qurultay Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısı olacaq. Qurultayın tarixi önəmindən biri də onun türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsidir. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.
Xatırladaq ki, sabah Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır. Qurultay iki gün- aprelin 22-23-də keçiriləcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər Qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələr təşkil ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.