Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu il ölkəmizdə hansı abidələr bərpa olunub? - HESABAT

© Official website of President of Azerbaijan RepublicŞuşada Azərbaycan şairi Molla Pənah Vaqifin büstü
Şuşada Azərbaycan şairi Molla Pənah Vaqifin büstü - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Konfransda bildirilib ki, Qarabağda bərpa işlər davam etdirilir. Üzeyir Hacıbəylinin heykəli, Mola Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün Ev Muzeyi artıq bərpa edilib.
BAKI, 21 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin və Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq konfransda Azərbaycanın ali təhsil müəssisələri və elmi təşkilatlarının, Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstanın nüfuzlu alimləri iştirak edirlər.
Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görən Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.
İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışı zamanı deyib ki, yaxın vaxtlarda Bakı xanlarının sarayının bərpadan sonrakı açılış mərasimi keçiriləcək.
Onun sözlərinə görə, digər tarixi abidələrlə yanaşı, Bakı xanlarının sarayının da bərpası nəzərdə tutulmuşdu. Artıq bərpa işləri yekunlaşıb. Yaxın zamanlarda onun açılışı olacaq və ziyarətçilərin ixtiyarına veriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, Üzeyir Hacıbəylinin heykəli, Mola Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün Ev Muzeyi artıq bərpa edilib. Bunların ardınca Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda isə Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq.
Xidmət rəisi onu da qeyd edib ki, paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0