Bərdə məktəbində uçqun: Kim istəyər uçan daşların arasından övladının meyitini tapsın?
08:50 21.04.2022 (Yenilənib: 19:25 21.04.2022)
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Bərdənin Mehdili kənd orta məktəbi hissə-hissə uçub tökülsə də, bu, valideynlərdən başqa heç kəsi narahat etmir. Onlar isə uşaqlarını ölüm təhlükəsi ilə üz-üzə qoymaq istəmirlər.
BAKI, 21 aprel — Sputnik. Bərdə rayonunun Mehdili kəndində məktəbin idman zalında baş verən hadisə zamanı xəsarət alan olmasa da, hər kəs qorxunc dəqiqələr yaşayıb.
Kənd sakinlərinin sözlərinə görə, bu, sözügedən məktəbdə tədris ili başlanandan bu yana baş verən sayca üçüncü uçqundur. Ötən ilin oktyabr ayında da məktəb binasında iki dəfə ard-arda uçqun baş verib.
Uçqundan dərhal sonra...
Mehdili kənd məktəbində baş verən uçqundan dərhal sonra valideyinlər məktəbə çağırılıb, onlara uşaqlarını ərazidən uzaqlaşdırmaq tapışırılıb. Hadisə yerinə ilk çatanlardan biri də Elçin Hüseynovdur. Onun sözlərinə görə, xəbər gələndə, elə bilib ki, övladlarına nəsə olub. Hadisə yerinə çatanda isə gördüklərindən dəhşətə gəlib.
"Hadisə dərs zamanı baş verib. Müəllimlər zəng elədilər ki, məktəb uçub, gəlin uşağınızı götürün. Gəlib gördüm hər tərəf dağıntılar altındadır. Əvvəl elə bildim, uşaqlara nəsə olub. Sonra onları görüb, xeyli sakitləşdim. Bu dəhşətdir".
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Müsahibimizin sözlərinə görə bundan əvvəl eyni ünvanda iki dəfə bir-birinin ardınca uçqunlar baş verib. Hər dəfəsində də problemin həll ediləcəyinə vəd verilib, lakin nəticə yoxdur:
"Axı niyə ölçü götürülmür? Ötən il oktyabr ayının 4-də və 6-da iki dəfə ard-arda uçqun baş verib. İndi də bu hadisə. Gözləyirlər ki, uşaqlarımıza, müəllimlərə nəsə olsun, sonra problemə əncam çəksinlər?!".
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
"Oxutmuram, əl çəkin..."
Elçin Hüseynov deyir ki, 3 övladı bu məktəbə təhsil alır. Uçqun baş verdiyi üçün şagirdlər bir müddət dərslərini məktəbin həyətində quraşdırılmış yük avtomobillərinin konteynerində davam etdirməli olublar. Hadisə baş verən vaxt məktəblilərin xəsarət almamasının səbəbi isə onların həmin vaxt sözügedən konteynerdə dərs keçməsi olub. Hüseynov bundan sonra övladlarını dərsə buraxmaq fikrində deyil:
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
"Üç övladım bura dərsə gəlir. Bütün qışı yük avtomobilinin konteynerində dərs keçiblər. Soyuqdan xəstələniblər, dəfələrlə xəstəxanada yatmalı olmuşuq. Bu gündən isə uşaqları məktəbə göndərməyəcəm, oxutmuram, qardaş, əl çəkin. Mənim məmurların məsuliyyətsizliyi ucbatından ölümə tərk ediləcək uşağım yoxdur..."
© Sputnik / Emin AlisahibNiyazi Kazımov məktəbin direktoru
Niyazi Kazımov məktəbin direktoru
© Sputnik / Emin Alisahib
Kənd sakini Bəhram Bəhramovun da 3 övladı bu məktəbdə təhsil alır. O bildirir ki, hadisədən sonra övladının məktəbə gəlməsinə qadağa qoyub.
"Heç kəs istəməz ki, bir gün uçan daşların arasından övladının meyidini tapsın. Kim övladını belə məktəbə göndərər? Təhlükədir. Hamımız əziyyətlə, zülmlə uşaq böyüdürük ki, qocalanda bizə baxsınlar. Aidiyyatı qurumlardan xahiş edirik ki, mümkün qədər bu məktəbə bir əncam çəksinlər".
Gecə yatanda fikirləşirik ki, görəsən sabah məktəbdən evə sağ-salamat gələcəklər?
Mehdili kənd sakini Tahir Əliyev də nəvələrini bu məktəbə gətirir. Belə getsə, o da nəvələrini təhsildən yayındırmalı olacaq.
"Gecə yatanda da uşaqları fikirləşirik ki, görəsən sabah məktəbdən evə sağ-salamat gələcəklər? Bir neçə ildir bu məktəbin dərdini çəkirik. Nə baxan var, nə bir gələn var. Binanın hər tərəfi çatdır, hər an bir tərəfi uça bilər. Hamıya deyirəm ki, uşaqları bu məktəbə göndərmək cinayətdir".
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Yeni məktəb nə vaxt tikiləcək?
Sakin Qurban Məmmədov deyir ki, məktəbdə dərslər davam etdirilir, lakin bütün valideyinlər sözü bir yerə qoyub ta ölçü götürülənə qədər uşaqlarını dərsə buraxmamaqda qərarlıdır:
"Məktəb çox qəzalı vəziyyədədir. Burada azyaşlı uşaqlar da təhsil alır. Uçqun zamanı zədə alsaydılar, ölsəydilər, kim cavabdeh olacaqdı?"
Mehdili kənd orta məktəbinin binasının uçması ilə bağlı aidiyyatı dövlət orqanlarına məlumat verilib.
© Sputnik / Emin AlisahibBərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
Bərdənin Mehdili kəndində dağılmış məktəbin ərazisində
© Sputnik / Emin Alisahib
Bu məktəb 1990-cı illərdə istifadəyə verilib və orada hazırda 210 şagird təhsil alır.
Uçqunların tədris binasının keyfiyyətsiz materialdan inşa olunması səbəbindən baş verdiyi ehtimal edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin