https://sputnik.az/20220421/aztv-nin-qizil-fondundaki-senet-eserleri-berpa-edilecek-441282010.html
AzTV-nin "Qızıl fond"undakı sənət əsərləri bərpa ediləcək
AzTV-nin "Qızıl fond"undakı sənət əsərləri bərpa ediləcək
Sputnik Azərbaycan
Türkiyə ilə birlikdə həyata keçiriləcək layihə çərçivəsində Azərbaycan Televiziyasının "Qızıl fondu"nda olan televiziya tamaşaları, filmləri, bayram... 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T06:15+0400
2022-04-21T06:15+0400
2022-04-21T10:46+0400
mədəniyyət
aztv
kino
film
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991210_0:0:1024:576_1920x0_80_0_0_681f9b46a796ad802196ed2a25a6cbaf.jpg
BAKI, 21 aprel — Sputnik. Azərbaycan Televiziyasının (AzTV) " Qızıl fond"una daxil olan bir çox televiziya tamaşaları, konsertlər və sənədli verilişlər bərpa olunacaq. AzTv-nin rejissoru, Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, bu məqsədlə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təklifi ilə işbirliyi yaradılıb."Bu yaxınlarda Türkiyə telekanallarında nümayiş olunan musiqi nömrələrinə baxdım. Gördüm çox yüksək keyfiyyəti var. Onda düşündüm ki, necə olub, o zamanlar belə keyfiyyətlə çəkiblər. Sonradan anladım ki, o materialları bərpa ediblər. Bizim xeyli sayda dəyərli işlərimiz var ki, onlar bu günün tələblərinə cavab vermirlər. Nə xoşdur ki, Azərbaycan kino məkanında bu ənənə var. Artıq avadanlıqlar quraşdırılır. Yaxın zamanlarda işə başlanılacaq. Onların içində elə dəyərli çəkilişlər var ki, mən onların itib-batacağından çox narahat idim", - Ramiz Həsənoğlu Sputnik Azərbaycan-a bildirib. Xatırladaq ki, son bir il ərzində "Uzaq sahillərdə", "Ögey ana", "Sehrli xalat", "Sarı gəlin", "Şərikli çörək", "Onu bağışlamaq olarmı", "O qızı tapın", "Nizami", Möcüzələr adası", "İstintaq", "Babək" və digər filmlər yendən bərpa olunaraq televiziya kanallarına paylanıb.Bundan başqa, bir müddət öncə "Bir cənub şəhərində" bədii filminin bərpa olunmuş formatda nümayişi olub. "Balans" studiyası bundan əvvəl Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi "Mateo Falkone", Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi "Nəsimi" filmlərini rəqəmsal formatda bərpa edib.Qeyd edək ki, son bir il ərzində Qarabağ mövzusuna həsr olunmuş 7 sənədli film bərpa olunub: "Bülbül", "Divlər sarayı", "İlmələrin nağılı", "Köç", "Qarabağa səyahət", "Natəvan", "Şuşa". Bu filmlərin fraqmentlərindən cənab Prezidentin də iştirakı ilə Şuşada keçirilmiş "Xarı bülbül festivalı"nda və "Vaqif Poeziya günləri"ndə istifadə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991210_59:0:827:576_1920x0_80_0_0_d6f89be9ce171839019b74ac8d8c06cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aztv, kino, film
AzTV-nin "Qızıl fond"undakı sənət əsərləri bərpa ediləcək
06:15 21.04.2022 (Yenilənib: 10:46 21.04.2022) Türkiyə ilə birlikdə həyata keçiriləcək layihə çərçivəsində Azərbaycan Televiziyasının "Qızıl fondu"nda olan televiziya tamaşaları, filmləri, bayram konsertləri və s. bərpa edilərək rəqəmsal varianta köçürüləcək.
BAKI, 21 aprel — Sputnik. Azərbaycan Televiziyasının (AzTV) " Qızıl fond"una daxil olan bir çox televiziya tamaşaları, konsertlər və sənədli verilişlər bərpa olunacaq.
AzTv-nin rejissoru, Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, bu məqsədlə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təklifi ilə işbirliyi yaradılıb.
"Bu yaxınlarda Türkiyə telekanallarında nümayiş olunan musiqi nömrələrinə baxdım. Gördüm çox yüksək keyfiyyəti var. Onda düşündüm ki, necə olub, o zamanlar belə keyfiyyətlə çəkiblər. Sonradan anladım ki, o materialları bərpa ediblər. Bizim xeyli sayda dəyərli işlərimiz var ki, onlar bu günün tələblərinə cavab vermirlər. Nə xoşdur ki, Azərbaycan kino məkanında bu ənənə var. Artıq avadanlıqlar quraşdırılır. Yaxın zamanlarda işə başlanılacaq. Onların içində elə dəyərli çəkilişlər var ki, mən onların itib-batacağından çox narahat idim", - Ramiz Həsənoğlu Sputnik Azərbaycan-a bildirib.
Xatırladaq ki, son bir il ərzində "Uzaq sahillərdə", "Ögey ana", "Sehrli xalat", "Sarı gəlin", "Şərikli çörək", "Onu bağışlamaq olarmı", "O qızı tapın", "Nizami", Möcüzələr adası", "İstintaq", "Babək" və digər filmlər yendən bərpa olunaraq televiziya kanallarına paylanıb.
Bundan başqa, bir müddət öncə "Bir cənub şəhərində" bədii filminin bərpa olunmuş formatda nümayişi olub. "Balans" studiyası bundan əvvəl Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi "Mateo Falkone", Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi "Nəsimi" filmlərini rəqəmsal formatda bərpa edib.
Qeyd edək ki, son bir il ərzində Qarabağ mövzusuna həsr olunmuş 7 sənədli film bərpa olunub: "Bülbül", "Divlər sarayı", "İlmələrin nağılı", "Köç", "Qarabağa səyahət", "Natəvan", "Şuşa". Bu filmlərin fraqmentlərindən cənab Prezidentin də iştirakı ilə Şuşada keçirilmiş "Xarı bülbül festivalı"nda və "Vaqif Poeziya günləri"ndə istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin