https://sputnik.az/20220421/azerbaycanin-qirgizistanla-boluseceyi-xeyli-sey-var---politoloq-441287762.html
Azərbaycanın Qırğızıstanla bölüşəcəyi xeyli şey var - Politoloq
Azərbaycanın Qırğızıstanla bölüşəcəyi xeyli şey var - Politoloq
Sputnik Azərbaycan
Politoloq Azərbaycan və Qırğızıstan arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsinin ölkələrarası münasibətlərə əhəmiyyətli təsir edəcəyini deyir. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T11:35+0400
2022-04-21T11:35+0400
2022-04-21T11:35+0400
qırğızıstan
siyasət
azərbaycan
politoloq
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_0:130:3183:1920_1920x0_80_0_0_078bbf08c5c914d73e3918fdbbbfbaab.jpg
BAKI, 21 aprel — Sputnik. Bakı və Bişkek arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması iki ölkə münasibətlərini yeni səviyyəyə qaldırır. Bunu @SputnikAz-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun fikrincə, bu sənəd həmçinin ölkələrin qarşılıqlı fəaliyyətinin uzunmüddətli perspektivdə ümumi prioritetlərini müəyyən edir: "Sənəd göstərir ki, tərəflərin həm regional, həm beynəlxalq siyasətdə məqsəd və prioritetlər birliyi var. Azərbaycan və Qırğızıstan türk əməkdaşlığı formatını milli maraqların reallaşdırılması və humanitar sahədə dayanıqlı dialoqun şərti kimi qəbul edirlər. Sənəddə qırmızı xətt olaraq ticarət-iqtisadi, sərmayə, nəqliyyat sahələrində əməkdaşlıq məsələsi keçir".Qeyd edək ki, prezidentlərin görüşündə İlham Əliyev Azərbaycan biznesinin Qırğızıstanda enerji sektorunda marağını ifadə edib. Öz növbəsində Sadır Japarov Bişkekin məhz bu sahəyə Azərbaycan sərmayələrinin cəlbində maraqlı olduğunu bildirib.Politoloq bildirib ki, Bakının enerji layihələri sarıdan böyük təcrübəsinin olduğu nəzərə alınsa, sözsüz ki, Azərbaycan tərəfinin Qırğızıstanla bu sahədə də bölüşəcəyi xeyli şey var.Qeyd edək ki, aprelin 20-də "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" imzalanıb.Sənəd Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220420/azerbaycan-qirgizistan-senedleri-imzalanib-441258396.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_226:0:2957:2048_1920x0_80_0_0_2b75845997686e0779b0d8dfd01eadee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırğızıstan, azərbaycan, politoloq
qırğızıstan, azərbaycan, politoloq
Azərbaycanın Qırğızıstanla bölüşəcəyi xeyli şey var - Politoloq
Politoloq Azərbaycan və Qırğızıstan arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsinin ölkələrarası münasibətlərə əhəmiyyətli təsir edəcəyini deyir.
BAKI, 21 aprel — Sputnik. Bakı və Bişkek arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması iki ölkə münasibətlərini yeni səviyyəyə qaldırır. Bunu @SputnikAz-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun fikrincə, bu sənəd həmçinin ölkələrin qarşılıqlı fəaliyyətinin uzunmüddətli perspektivdə ümumi prioritetlərini müəyyən edir: "Sənəd göstərir ki, tərəflərin həm regional, həm beynəlxalq siyasətdə məqsəd və prioritetlər birliyi var. Azərbaycan və Qırğızıstan türk əməkdaşlığı formatını milli maraqların reallaşdırılması və humanitar sahədə dayanıqlı dialoqun şərti kimi qəbul edirlər. Sənəddə qırmızı xətt olaraq ticarət-iqtisadi, sərmayə, nəqliyyat sahələrində əməkdaşlıq məsələsi keçir".
Qeyd edək ki, prezidentlərin görüşündə İlham Əliyev Azərbaycan biznesinin Qırğızıstanda enerji sektorunda marağını ifadə edib. Öz növbəsində Sadır Japarov Bişkekin məhz bu sahəyə Azərbaycan sərmayələrinin cəlbində maraqlı olduğunu bildirib.
Politoloq bildirib ki, Bakının enerji layihələri sarıdan böyük təcrübəsinin olduğu nəzərə alınsa, sözsüz ki, Azərbaycan tərəfinin Qırğızıstanla bu sahədə də bölüşəcəyi xeyli şey var.
Qeyd edək ki, aprelin 20-də "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum" imzalanıb.
Sənəd Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.