CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR işçilərin ixtisarının səbəbini açıqladı

© Photo : Facebook / Ibrahim AhmadovSOCAR terminalı
SOCAR terminalı - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Əsaslı təmir işləri bitdikdən sonra layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar və nəticə etibarilə işçilərin tədricən ixtisarı başlayıb.
BAKI, 20 aprel - Sputnik. SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) layihəsi üzrə işçi heyətinin azalması barədə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, Respublikanın AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri (layihə) davam edir.
Əsaslı təmir işləri bitdikdən sonra layihə çərçivəsində tikintisi bitmiş qurğuların Baş Podratçılar tərəfindən planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla əlaqədar, layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar başlayıb. Bu isə öz növbəsində tikinti şirkətləri tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması ilə müşahidə olunur.
Məlumata görə, bu cür layihələrdə podratçılar və tikinti şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi imzalan bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin azalması baş verir.
SOCAR-dan bildirib ki, tikinti şirkətləri ilə onların sabiq işçiləri arasında olan münasibətlər mövcud qanunvericiliyə əsasən SOCAR-ın və onun istənilən törəmə müəssisəsinin məsuliyyət dairəsinə aid deyi. Eyni zamanda bu kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən qanunvericilik çərçivəsində müəyyən işlər görülür.
Həmçinin vurğulanıb ki, Modernizasiya Layihəsinin icra qrafikinə uyğun olaraq hazırda zavodda icra olunan əsaslı təmir işləri tamamlandıqdan sonra, 2022-ci ilin ortalarından etibarən ölkədə ilk öncə Avro 5 Dizel istehsalının, daha sonra digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi nəticəsinə 2023-cü ilin ortalarından etibarən Avro 5 Benzin istehsalının təmin olunması planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0