Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan idxal edilən avtomobillərin sayı azalıb?

© Sputnik / Анар Мовсумов / Mediabanka keçid"Lada Priora" avtomobili
Lada Priora avtomobili - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Ekspert hesab edir ki, şimal qonşumuzun avtomobil bazarında hansısa böhran baş verərsə, bu yerli bazara təsir etməyəcək.
BAKI, 20 aprel — Sputnik. Cari ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana idxal olunan avtomobillərin sayında kəskin şəkildə olmasa da, nisbətən azalma qeydə alınıb. Həmçinin, aprel ayında da Rusiyadan idxal edilən avtomobillərin qiymətində kəskin artım müşahidə edilməyib. bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldıniz Cəfərov deyib.
O ildirib ki, istehsalçı tərəf müəyyən ehtiyyat hissələrinin qiymətini yüksəltdikdə, daşınma xərcləri yüksəldikdə avtomobillərin də qiymətində 2-5% civarında qiymət artımı müşahidə oluna bilər:
"Lakin bu yüksəlmə kəskin qiymət artımı hesab edilmir".
© Sputnik / Aleksey Sukhorukov / Mediabanka keçid"Niva" avtomobili
Niva - Sputnik Azərbaycan, 1920, 19.04.2022
"Niva" avtomobili
Ekspertin proqnozlarına görə yaxın gələcəkdə Rusiya istehsalı olan avtomobillərin ölkəyə idxalında azalma ola bilər. O bunun səbəbini dünyada avtomobillərin təhlükəsizlik standartlarının zamanla mükəmməlləşdirilməsi ilə izah edir:
"Bundan başqa, avtomobillərdən buraxılan zəhərli qazların miqdarının azaldılması üçün müəyyən addımlar atılır. Eyni zamanda, qəzalara qarşı da sistemlər quraşdırılır".
E.Cəfərov onu da bildirib ki, son illərdə Rusiya istehsalı olan avtomobillərin keyfiyyətində müəyyən qədər yüksəlmə müşahidə edilsə də, müəyyən parametrlərə görə onlar hələ Avropa İttifaqı ölkələri, habelə Yaponiya, Koreya istehsalı olan avtomobillərin keyfiyyət səviyyəsinə çata bilmir:
"Müxtəlif ölkələrdən Azərbaycana keyfiyyətli, standartlara cavab verən avtomobil gətirildiyi üçün Rusiyada avtomobil sənayesində baş verə büləcək hər hansı böhranın yerli bazara hansısa mənfi təsiri yoxdur".
Statistika
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində Azərbaycana Rusiyadan 5 079 ədəd minik avtomobili idxal edilib. Bu ilin yanvar-fevral aylarında ümumilikdə ölkəyə 10 340 minik avtomobili idxal edilibsə, onun 763-ü Rusiyadan gətirilib. Beləliklə idxalın 2,1%-i Rusiyanın payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Elektrokar - Sputnik Azərbaycan, 1920, 29.03.2022
CƏMİYYƏT
Ekoloji təmiz nəqliyyatla bağlı Yol Xəritəsi hazırlanıb
Xəbər lenti
0