Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN açıqladı: Ukraynanın 73 hərbi obyekti vurulub

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
General-mayor İqor Konaşenkov bildirib ki, son sutka ərzində Ukrayna qoşunlarının müxtəlif növ hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinə zərbələr endirilib.
BAKI, 20 aprel — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın iki "Toçka-U" taktiki raketini vurub. Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Podvısokoye, Çistovodovka, Yakovenkovo, Pokrovskoye yaşayış məntəqələri üzərində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını vurub. Həmçinin Donetsk və Skilevatoe rayonlarında havada iki "Toçka-U" taktiki raketi zərərləşdirib. Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası bir gecədə Ukraynanın 73 hərbi obyektini vurub, altı tank, doqquz zirehli texnika və bir haubitsa batareyasını məhv edib", - deyə general-mayor bildirib.
O qeyd edib ki, zərər çəkmiş obyektlər arasında dörd komanda məntəqəsi, 57 canlı qüvvə və Ukrayna hərbi texnikasının toplandığı yer, yeddi dayaq məntəqəsi və dörd sursat anbarı var.
"Həmçinin zərbələr nəticəsində altı tank, doqquz zirehli texnika və 152 millimetrlik "Msta-B" haubitsalarının batareyası məhv edilib. Xerson vilayətində yüksək dəqiqlikli raketlər Ukrayna qoşunlarının 7 hərbi texnikasını və 40-a qədər şəxsi heyətini məhv edib. Novovorontsovka və Kiselevka rayonlarına yüksək dəqiqlikli raketlərin endirilməsi nəticəsində Ukrayna qoşunlarının 40-a qədər şəxsi heyəti, həmçinin 7 hərbi texnika məhv edilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Официальный представитель министерства обороны РФ генерал-майор Игорь Конашенков - Sputnik Azərbaycan, 1920, 17.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən muzdlulara xəbərdarlıq edib
Xəbər lenti
0