https://sputnik.az/20220417/rusiya-mudafie-nazirliyi-ukraynada-doyusen-muzdlulara-xeberdarliq-edib-441173695.html
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən muzdlulara xəbərdarlıq edib
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən muzdlulara xəbərdarlıq edib
Sputnik Azərbaycan
General-mayor İqor Konaşenkovun sözlərinə əsasən, fevralın 24-dən indiyədək Ukraynada məhv edilmiş muzdlu döyüçşçülərin sayı min nəfəri ötüb. 17.04.2022, Sputnik Azərbaycan
2022-04-17T13:43+0400
2022-04-17T13:43+0400
2022-04-17T13:43+0400
iqor konaşenkov
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491922_0:0:2824:1589_1920x0_80_0_0_c78c593085558d1ed0f30126f12a579a.jpg
BAKI, 17 aprel - Sputnik. Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynanın 68 hərbi obyektini, o cümlədən iki S-300 işıqlandırıcı və istiqamətləndirici lokatoru, bir Osa AKM zenit-raket kompleksini məhv edib.APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib."Əməliyyat-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektini məhv edib. Onların arasında Krivaya Luka və Krasnoarmeysk vilayətlərində iki S-300 işıqlandırma və istiqamətləndirici lokator və Severodonetsk vilayətində bir Osa AKM zenit-raket kompleksi; altı raket və artilleriya silahları və yanacaq anbarı, o cümlədən Kremennaya, Krasnı Lyman, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 ərazi var ”, - Rusiya MN sözçüsü vurğulayıb.Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 1035 əcnəbi muzdlunu məhv edib.Bunu da general-mayor İqor Konaşenkov bildirib.Onun sözlərinə görə, daha 912 nəfər muzdlu isə Ukraynadan qaçıb: "Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri tərəfindən 1035 əcnəbi muzdlu məhv edilib . Daha 912 muzdlu isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkədən qaçıb".Rusiya MN sözçüsü Ukraynaya döyüşməyə gələn xarici muzdululara xəbərdarlıq da edib. O bildirib ki, Ukraynaya gələn muzdlular döyüşçü deyillər, onları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir: "Xarici muzdlular beynəlxalq humanitar hüquqda “döyüşçü” statusuna malik deyillər. Onlar Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər. Ona görə də onları gözləyən ən yaxşı şey cinayət məsuliyyəti və uzunmüddətli həbsdir"Konaşenkov deyib ki, Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.“Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1b/440491922_381:0:2824:1832_1920x0_80_0_0_1175f850de3dc4d0378337fa62b80486.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqor konaşenkov, rusiya müdafiə nazirliyi
iqor konaşenkov, rusiya müdafiə nazirliyi
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən muzdlulara xəbərdarlıq edib
General-mayor İqor Konaşenkovun sözlərinə əsasən, fevralın 24-dən indiyədək Ukraynada məhv edilmiş muzdlu döyüçşçülərin sayı min nəfəri ötüb.
BAKI, 17 aprel - Sputnik. Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynanın 68 hərbi obyektini, o cümlədən iki S-300 işıqlandırıcı və istiqamətləndirici lokatoru, bir Osa AKM zenit-raket kompleksini məhv edib.
APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Əməliyyat-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektini məhv edib. Onların arasında Krivaya Luka və Krasnoarmeysk vilayətlərində iki S-300 işıqlandırma və istiqamətləndirici lokator və Severodonetsk vilayətində bir Osa AKM zenit-raket kompleksi; altı raket və artilleriya silahları və yanacaq anbarı, o cümlədən Kremennaya, Krasnı Lyman, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 ərazi var ”, - Rusiya MN sözçüsü vurğulayıb.
Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 1035 əcnəbi muzdlunu məhv edib.
Bunu da general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, daha 912 nəfər muzdlu isə Ukraynadan qaçıb: "Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri tərəfindən 1035 əcnəbi muzdlu məhv edilib . Daha 912 muzdlu isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkədən qaçıb".
Rusiya MN sözçüsü Ukraynaya döyüşməyə gələn xarici muzdululara xəbərdarlıq da edib. O bildirib ki, Ukraynaya gələn muzdlular döyüşçü deyillər, onları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir: "Xarici muzdlular beynəlxalq humanitar hüquqda “döyüşçü” statusuna malik deyillər. Onlar Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər. Ona görə də onları gözləyən ən yaxşı şey cinayət məsuliyyəti və uzunmüddətli həbsdir"
Konaşenkov deyib ki, Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.
“Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.