https://sputnik.az/20220420/rest-astara-demir-yolu-bu-il-istismara-verile-biler-441266550.html
Rəşt-Astara dəmir yolu bu il istismara verilə bilər
Rəşt-Astara dəmir yolu bu il istismara verilə bilər
Sputnik Azərbaycan
Rəşt-Astara istismara verildikdən sonra yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T17:21+0400
2022-04-20T17:21+0400
2022-04-20T17:22+0400
dəmir yolu
iqtisadiyyat
rəşt-astara dəmir yolu
iran
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424730950_0:56:2560:1496_1920x0_80_0_0_1f699437139fdfc3be84002ef80f6ca7.jpg
BAKI, 20 aprel — Sputnik. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolunun tikintisi davam edir və işlərin 68 faizi həyata keçirilib.Bunu İranın Dəmir yolu və liman tikintisi şirkətinin direktor müavini Abbas Xətibi deyib.Qeyd edək ki, bu şirkət dəmir yolu tikintisi üzrə ixtisaslaşıb və əsasən dövlət sifarişlərini yerinə yetirir.Abbas Xətibi nəzərə çatdırıb ki, ötən il İran Prezidenti İbrahim Rəisi Gilan vilayətinə səfəri zamanı dəmir yolunun çəkilişi ilə maraqlanaraq aparılan işlərlə tanış olub və tikintinin davam etdirilməsi üçün 6500 milyard rial (təxminən 21 milyon dollar) vəsaitin ayrılması barədə sərəncam verib. Bu vəsaitlə dəmir yolunu cari ildə tikib başa çatdırmaq mümkündür.Abbas Xətibi Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu yol İranı tranzit yükdaşımaların mərkəzinə çevirəcək.Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır ki, bu da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edir.İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Əks istiqamətdə də yüklər həmin yolla daşınacaq ki, bu da yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcək.Azərbaycan dövləti "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində bir sıra vacib işləri həyata keçirib. Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması ilə yanaşı, İran Astarası və Azərbaycan Astarasını dəmir yolu xətti ilə birləşdirib.Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq.Digər beynəlxalq marşrutlarla müqayisədə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə az vəsait tələb olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424730950_287:0:2282:1496_1920x0_80_0_0_4627addd5ba6c0c11e9d678a6e511867.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dəmir yolu, rəşt-astara dəmir yolu, iran
dəmir yolu, rəşt-astara dəmir yolu, iran
Rəşt-Astara dəmir yolu bu il istismara verilə bilər
17:21 20.04.2022 (Yenilənib: 17:22 20.04.2022) Rəşt-Astara istismara verildikdən sonra yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq.
BAKI, 20 aprel — Sputnik. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astara dəmir yolunun tikintisi davam edir və işlərin 68 faizi həyata keçirilib.
Bunu İranın Dəmir yolu və liman tikintisi şirkətinin direktor müavini Abbas Xətibi deyib.
Qeyd edək ki, bu şirkət dəmir yolu tikintisi üzrə ixtisaslaşıb və əsasən dövlət sifarişlərini yerinə yetirir.
Abbas Xətibi nəzərə çatdırıb ki, ötən il İran Prezidenti İbrahim Rəisi Gilan vilayətinə səfəri zamanı dəmir yolunun çəkilişi ilə maraqlanaraq aparılan işlərlə tanış olub və tikintinin davam etdirilməsi üçün 6500 milyard rial (təxminən 21 milyon dollar) vəsaitin ayrılması barədə sərəncam verib. Bu vəsaitlə dəmir yolunu cari ildə tikib başa çatdırmaq mümkündür.
Abbas Xətibi Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu yol İranı tranzit yükdaşımaların mərkəzinə çevirəcək.
Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır ki, bu da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edir.
İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Əks istiqamətdə də yüklər həmin yolla daşınacaq ki, bu da yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcək.
Azərbaycan dövləti "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində bir sıra vacib işləri həyata keçirib. Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması ilə yanaşı, İran Astarası və Azərbaycan Astarasını dəmir yolu xətti ilə birləşdirib.
Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq.
Digər beynəlxalq marşrutlarla müqayisədə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə az vəsait tələb olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.