https://sputnik.az/20220420/medeniyyet-naziri-qarabag-qazileri-ile-gorusub----441262456.html
Mədəniyyət naziri Qarabağ qaziləri ilə görüşüb
Mədəniyyət naziri Qarabağ qaziləri ilə görüşüb
Sputnik Azərbaycan
Nazir vurğulayıb ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar. Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət... 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T15:14+0400
2022-04-20T15:14+0400
2022-04-21T10:50+0400
anar kərimov
qarabağ
mədəniyyət nazirliyi
qazi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337199_0:0:3073:1728_1920x0_80_0_0_614c65a34889f4358b3cfd56e85152a8.jpg
BAKI, 20 aprel — Sputnik.Mədəniyyət naziri Anar Kərimov Qarabağ müharibəsi qaziləri ilə görüşüb. Görüş nazirliyin "Səhnədən səngərə: Qazilər" layihəsi çərçivəsində baş tutub.A.Kərimov çıxışına qazilərə təşəkkür etməklə başlayıb. Nazir bildirir ki, müharibədə və ondan sonra Azərbaycan Prezidentinin, xalqınının böyüklüyünün şahidi olduğumuza görə qürur duyur: "Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir".Nazri qeyd edib ki, biz və cəmiyyət bu qəhrəmanları, onların göstədikləri şücaəti unutmamalıyıq: "Hər zaman qazilərimizin yanındayıq, dəstəyik. Çünkü onlar iki cəbhədə də öz borcunu yerinə yetiriblər".Daha sonra A.Kərimov qaziləri Fəxri fərmanla təltif edib. Tədbir bədii hissə ilə davam edib.Dünyanın ən mötəbər səhnələrini səngər dəyişərək, Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayev Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi "Ölkəm" romansını ifa edib.Vətən savaşının başlandığını eşidər-eşitməz Almaniyadakı ali təhsilini yarımçıq qoyub, könüllü ordumuzun sıralarına yazılan gənc və istedadlı bəstəkar Vüqar Məmmədzadənin əsəri səsləndirilib.Sonda isə Firdovsi Eyvazov Üzeyir Hacıbəyovun "Uzundərə" rəqsini tamaşaçılara təqdim edib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə səngərə yollanıb, qəhrəmancasına döyüşən Firdovsi Eyvazov ağır yaralansa da yenidən savaşın ən qaynar nöqtəsinə qayıdır. Qələbə xəbərini isə möhtəşəm rəqsi ilə qarşılayır. Çünki o, həm Vətənini ürəkdən sevən cəsur əsgər, həm də sənətinə bağlı peşəkar rəqqasdır.Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211225/qazi-yazar-bu-olke-ucun-calismaq-fayda-vermek-lazimdir-437588360.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427337199_0:0:2731:2048_1920x0_80_0_0_81ee23ed9db11abbc687e5d23f2481ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar kərimov, mədəniyyət nazirliyi, qazi
anar kərimov, mədəniyyət nazirliyi, qazi
Mədəniyyət naziri Qarabağ qaziləri ilə görüşüb
15:14 20.04.2022 (Yenilənib: 10:50 21.04.2022) Nazir vurğulayıb ki, mədəniyyət sahəsindən olan qazilər Vətən müharibəsi dövründə iki cəbhədə vuruşublar. Onlar həm düşmənə qarşı döyüşlərdə, həm də mədəniyyət cəhbəsində qəhrəmandırlar.
BAKI, 20 aprel — Sputnik.
Mədəniyyət naziri Anar Kərimov Qarabağ müharibəsi qaziləri ilə görüşüb. Görüş nazirliyin "Səhnədən səngərə: Qazilər" layihəsi çərçivəsində baş tutub.
A.Kərimov çıxışına qazilərə təşəkkür etməklə başlayıb. Nazir bildirir ki, müharibədə və ondan sonra Azərbaycan Prezidentinin, xalqınının böyüklüyünün şahidi olduğumuza görə qürur duyur: "Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir".
Nazri qeyd edib ki, biz və cəmiyyət bu qəhrəmanları, onların göstədikləri şücaəti unutmamalıyıq: "Hər zaman qazilərimizin yanındayıq, dəstəyik. Çünkü onlar iki cəbhədə də öz borcunu yerinə yetiriblər".
Daha sonra A.Kərimov qaziləri Fəxri fərmanla təltif edib. Tədbir bədii hissə ilə davam edib.
Dünyanın ən mötəbər səhnələrini səngər dəyişərək, Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayev Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi "Ölkəm" romansını ifa edib.
Vətən savaşının başlandığını eşidər-eşitməz Almaniyadakı ali təhsilini yarımçıq qoyub, könüllü ordumuzun sıralarına yazılan gənc və istedadlı bəstəkar Vüqar Məmmədzadənin əsəri səsləndirilib.
Sonda isə Firdovsi Eyvazov Üzeyir Hacıbəyovun "Uzundərə" rəqsini tamaşaçılara təqdim edib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə səngərə yollanıb, qəhrəmancasına döyüşən Firdovsi Eyvazov ağır yaralansa da yenidən savaşın ən qaynar nöqtəsinə qayıdır. Qələbə xəbərini isə möhtəşəm rəqsi ilə qarşılayır. Çünki o, həm Vətənini ürəkdən sevən cəsur əsgər, həm də sənətinə bağlı peşəkar rəqqasdır.
Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.