Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Göyçayda bir binanın sakinlərini yuyunarkən elektrik cərəyanı vurur, sirr isə çözülmür

Abunə olmaq
Beşmərtəbəli binanın sakinləri əllərini yumaq və hamamda çimmək üçün əvvəl kranı açıb yoxlayırlar, elektrik cərəyanı olmayanda, sevinirlər.
Göyçay şəhər Mehdi Hüseynzadə küçəsi, bina 33 a ünvanında yaşayan sakinlər çətin vəziyyətlə üzə-üzə qaldıqlarını deyirlər. Şikayətçilərin sözlərinə görə mənzillərə daxil olan içməli suyun elektrik cərəyanı ötürməsi səbəbindən qorxu içində yaşamağa məcburdurlar.
Bina sakini Həqiqət Eyyubova deyir ki, günün müxtəlif saatlarında suya əl uzadarkən onları elektirik cərəyanı vurur. Bu halla daha çox hamamda rastlaşdıqlarını deyən şikayətçi mövcüd vəziyyətdən ciddi narahat olduqlarını bildirib:
"Bu halla həmişə rastlaşmasaq da, hər dəfə suya qorxu ilə toxunuruq. Su axan yerlərə uşaqları yaxın buraxmırıq. Təsəvvür edin, uşaqlar əllərini yumaq istəyəndə bir qaba su götürüb onların əllərinə tökürük. İndi hamamı təsəvvür edin. Bəzən elə sakitlik olur əlimizi suya vuranda cərəyan keçirmədiyinə görə sevinirik. Bu halla ən çox səhər və axşam saatlarında rastlaşırıq. Bəzən də bütün günü vəziyyət belə olur".
Binanın digər sakini Ramin Qasımov deyir ki, yaranan bu duruma böyüklər alışsa da, uşaqlar üçün qorxurlar. Vəziyyətdən çıxış yolunu isə nə sakinlər tapa bilir, nə də müvafiq qurumlar:
"Elektrik cərəyanı əsasən hamamda olur. Əgər ayağımızda rezin başmaq olmasa, elektrik cərəyanı çarpacaq. Düzdür, indi elektrik cərəyanı güclü deyil, amma onun nə vaxtsa güclənib kiminsə həyatını məhv etməyəcəyinə zəmanət yoxdur".
Bina sakini İsmayıl Xələfov bu məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, nəticənin ürəkaçan olmadığını deyib:
"Düşünürük ki, bina tikiləndə tələsiblər, elektrik naqillərini düzgün birləşdirməyiblər. Təsəvvür edin, beşmərtəbəli binanın zirzəmisinin hündürlüyü cəmi 80 sm-dir. Elektrik şiti də oradadır. Elektrik şəbəkəsinin mütəxəssisləri gələndə o zirzəmiyə girib iş görə bilmirlər. Bizi narahat edən problemin mənbəyini tapmaq üçün əvvəl zirzəmidə olan elektrik şiti, qoruyucular çölə çıxarılmalıdır. Ondan sonra ardıcıl olaraq sayğaclar və xətlər yoxlanılmalıdır".
"Azərişıq" ASC-nin mərkəzi aran regional enerji təchizatı və satışı idarəsinin Göyçay elektrik şəbəkəsinin rəisi Ruslan Məmmədov bildirib ki, vətəndaşların müraciəti əsasında idarənin əməkdaşları sözügedən ünvanda olublar. Yaxınlıqdakı transformator, binaya daxil olan elektrik xətləri və sayğaclar yoxlanılıb. Lakin hər hansı problem aşkarlanmayıb. İdarənin işi məhz sayğaca qədər olduğundan, sayğacdan sonra binada baş verənlərə görə qurum məsuliyyət daşımır".
Xəbər lenti
0