CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlillərin əl işlərinin satış portalı yaradılır

 Əlil - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Məqsəd əlillərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq potensiallarının stimullaşdırılmasına dəstək olmaqdır.
BAKI, 20 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışının təşkili üçün portal yaradılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, portal əlilliyi olan istedadlı şəxslərə bu platforma vasitəsilə yaradıcılıq nümunələrini həm nümayiş etdirmək, həm də satışını həyata keçirmək imkanı verəcək.
© Sputnik / Nigar IskanderovaƏlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Məqsəd həmin kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq potensiallarının stimullaşdırılmasına, həmin şəxslərin cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.
Portalın hazırlanması işləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən koordinasiyalı şəkildə davam etdirilir.
© Sputnik / Nigar IskanderovaƏlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyin olunub
2021-ci ildə 54 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 16500-ü ilkin, qalanı təkrar təyinatlardır.
© Sputnik / Nigar IskanderovaƏlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Əlillik təyin edildikdən sonra onlara əlillik dərəcələri üzrə proaktiv qaydada elektron sistem üzərindən pensiya və ya müavinətlərin təyinatı aparılıb. Həmçinin bir sıra xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə (müharibə əlilləri, I dərəcə əlilliyi olanlar və b.) pensiya və ya müavinətlə bərabər, Prezidentin aylıq təqaüdləri də təyin olunub.
Ümumilikdə 2018-2021-ci illərdə 151 min şəxsə əlillik təyinatı aparılıb.
© Sputnik / Nigar IskanderovaƏlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Əlillərin sosial reabilitasiyası mövzusunda mətbuat kornfransı
Əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlar qeydə alınıb. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 70%-ə yaxın, müavinətin orta aylıq məbləği 2 dəfə artıb. Təqaüdün maksimum məbləği isə 54% artıb.
Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 2018-2021-ci illərdə 55% artaraq, 1 milyard 611 milyon manata çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0