https://sputnik.az/20220420/azerbaycanda-rusvet-vermeye-tehrik-eden-sexs-hebs-olundu-441250257.html
Azərbaycanda rüşvət verməyə təhrik edən şəxs həbs olundu
Azərbaycanda rüşvət verməyə təhrik edən şəxs həbs olundu
Sputnik Azərbaycan
Həbs olunan şəxs seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin yaxın... 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T10:23+0400
2022-04-20T10:23+0400
2022-04-20T10:51+0400
rüşvət
hadisə
şəxs
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_0:140:2001:1265_1920x0_80_0_0_3dec29a555dbdd1fc710400d0f0b38d8.jpg
BAKI, 20 aprel — Sputnik. Azərbaycanda vətəndaşı rüşvət verməyə təhrik edən şəxs həbs olunub.Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılıb.İstintaqla müəyyən edilib ki, İlkin Babayev özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib. O, guya prokurorluq orqanlarında yuxarı vəzifə tutan yaxın münasibəti olduğu səlahiyyətli şəxs vasitəsilə məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin yaxın qohumuna yalan vəd verib. Ona olan inam və etibardan sui-istifadə etməklə İlkin Babayevin 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsi, eləcə də qeyd olunan hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.İş üzrə toplanan sübutlar əsasında Babayev İlkin Əbülfəz oğluna Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (Vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_62:0:1937:1406_1920x0_80_0_0_3ee162ddfe509675dbc4ee230dca4e20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüşvət, şəxs
Azərbaycanda rüşvət verməyə təhrik edən şəxs həbs olundu
10:23 20.04.2022 (Yenilənib: 10:51 20.04.2022) Həbs olunan şəxs seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin yaxın qohumuna vəd verib.
BAKI, 20 aprel — Sputnik. Azərbaycanda vətəndaşı rüşvət verməyə təhrik edən şəxs həbs olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılıb.
İstintaqla müəyyən edilib ki, İlkin Babayev özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib. O, guya prokurorluq orqanlarında yuxarı vəzifə tutan yaxın münasibəti olduğu səlahiyyətli şəxs vasitəsilə məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin yaxın qohumuna yalan vəd verib. Ona olan inam və etibardan sui-istifadə etməklə İlkin Babayevin 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsi, eləcə də qeyd olunan hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanan sübutlar əsasında Babayev İlkin Əbülfəz oğluna Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (Vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.