https://sputnik.az/20220420/azerbaycan-animasiya-filmleri-ozbekistanda---foto-441262692.html
Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO
Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO
Sputnik Azərbaycan
"Azərbaycan animasiyasının 50 illiyi" proqramı bundan əvvəl Azərbaycanda (ANİMAFİLM), Polşada (StopTrik), Yunanıstanda (Animasyros), Gürcüstanda (Tofuzi)... 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T15:39+0400
2022-04-20T15:39+0400
2022-04-20T15:39+0400
film
mədəniyyət
animasiya
mədəniyyət nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42274/10/422741003_0:73:1961:1176_1920x0_80_0_0_6483c455289aa1c3240844400925e654.jpg
BAKI, 20 aprel — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycan animasiyasının 50 illiyi" adlı proqrama daxil edilmiş keçmiş kult və müasir milli animasiya filmləri birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) nümayiş olunur. Forum 22 aprel tarixinə qədər Özbəkistanın paytaxtında keçiriləcək.Proqramın kuratoru ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyevdir. O, həmçinin, foruma beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət olunub. Bir çox tanınmış Azərbaycan filmlərinin müəllifi Elçin Hami Axundov da Daşkənd forumunun qonağı olub.Proqrama "Cırtdan" (1969, rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev), "Tıq-Tıq xanım" (1979, rej. Məsud Pənahi, Ağanağı Axundov), "Cırtdan-pəhləvan" (1981, rej. Bəhmən Əliyev), "Anam ağaca çıxıb" (1986, rej. Firəngiz Qurbanova), "İthaf" (1990, rej. Şamil Nəcəfzadə), "Söhbətül-əsmar" (1994, rej. Elçin Hami Axundov), "Mükəmməl zədə" (2019, rej. Samir Salahov) daxil edilib.Aprel ayının 18-dən başlayan forumda Daşkənd Beynəlxalq Animasiya Forumunda Mərkəzi Asiya ölkələrindən olan animatorlar və İsrail, Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri bir araya gəliblər. Təşkilatçıların sözlərinə görə, Özbəkistanın 30 illik müstəqilliyi ərzində bu, animasiya filmlərinə həsr olunmuş ilk irimiqyaslı tədbirdir. Təşəbbüs Özbəkistanın "Dante Rustav Films" müstəqil rejissorlar birliyinin təsisçisi Denis Semyonova məxsusdur. Forum Özbəkistan Kino Agentliyi, İsrail səfirliyi, İsveçrə səfirliyi yanında İsveçrə Əməkdaşlıq Ofisi və Goethe İnstitutunun dəstəyi ilə keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
https://sputnik.az/20210311/Azerbaycanli-rejissor-Xocali-soyqirimi-haqda-animasiya-filmi-cekib-VDEO-426435718.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42274/10/422741003_101:0:1748:1235_1920x0_80_0_0_9f9e6f9ec670ac2cc9cc4aa8c5fab01b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, animasiya, mədəniyyət nazirliyi
film, animasiya, mədəniyyət nazirliyi
Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO
"Azərbaycan animasiyasının 50 illiyi" proqramı bundan əvvəl Azərbaycanda (ANİMAFİLM), Polşada (StopTrik), Yunanıstanda (Animasyros), Gürcüstanda (Tofuzi) keçirilən beynəlxalq animasiya festivallarında təqdim olunub.
BAKI, 20 aprel — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycan animasiyasının 50 illiyi" adlı proqrama daxil edilmiş keçmiş kult və müasir milli animasiya filmləri birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) nümayiş olunur. Forum 22 aprel tarixinə qədər Özbəkistanın paytaxtında keçiriləcək.
Proqramın kuratoru ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyevdir. O, həmçinin, foruma beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət olunub. Bir çox tanınmış Azərbaycan filmlərinin müəllifi Elçin Hami Axundov da Daşkənd forumunun qonağı olub.
Proqrama "Cırtdan" (1969, rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev), "Tıq-Tıq xanım" (1979, rej. Məsud Pənahi, Ağanağı Axundov), "Cırtdan-pəhləvan" (1981, rej. Bəhmən Əliyev), "Anam ağaca çıxıb" (1986, rej. Firəngiz Qurbanova), "İthaf" (1990, rej. Şamil Nəcəfzadə), "Söhbətül-əsmar" (1994, rej. Elçin Hami Axundov), "Mükəmməl zədə" (2019, rej. Samir Salahov) daxil edilib.
Aprel ayının 18-dən başlayan forumda Daşkənd Beynəlxalq Animasiya Forumunda Mərkəzi Asiya ölkələrindən olan animatorlar və İsrail, Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri bir araya gəliblər. Təşkilatçıların sözlərinə görə, Özbəkistanın 30 illik müstəqilliyi ərzində bu, animasiya filmlərinə həsr olunmuş ilk irimiqyaslı tədbirdir. Təşəbbüs Özbəkistanın "Dante Rustav Films" müstəqil rejissorlar birliyinin təsisçisi Denis Semyonova məxsusdur. Forum Özbəkistan Kino Agentliyi, İsrail səfirliyi, İsveçrə səfirliyi yanında İsveçrə Əməkdaşlıq Ofisi və Goethe İnstitutunun dəstəyi ilə keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin