https://sputnik.az/20220420/azal-da-yoxlamalar-aparilir-441257467.html
AZAL-da yoxlamalar aparılır
AZAL-da yoxlamalar aparılır
Sputnik Azərbaycan
Həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T13:41+0400
2022-04-20T13:41+0400
2022-04-20T13:56+0400
azal
azərbaycan xəbərləri
hesablama palatası
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638328_176:732:2516:2048_1920x0_80_0_0_47293eb831fbe15c1f37cf88881575f4.jpg
BAKI, 20 aprel — Sputnik. Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.O bildirib ki, biz may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırıq: "Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar. AZAL-da həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq".Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaqAPA-nın məlumatına görə, sədr bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin əsas funksiyasıdır: “Bu funksiyanın həyata keçirilməsinə Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, Palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır”.Qeyd edək ki, aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.İclasda Azərbaycan Respublikasının Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatı dinlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210405/Hesablama-Palatas-Qaqnkomdak-pozuntularla-bal-Ba-Prokurorlua-mracit-edib-426622853.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638328_953:962:2401:2048_1920x0_80_0_0_1b9f011a32f6b2d6d2dc47614398e8c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azal, hesablama palatası
AZAL-da yoxlamalar aparılır
13:41 20.04.2022 (Yenilənib: 13:56 20.04.2022) Həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək.
BAKI, 20 aprel — Sputnik. Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, biz may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırıq: "Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar. AZAL-da həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq".
Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq
APA-nın məlumatına görə, sədr bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin əsas funksiyasıdır: “Bu funksiyanın həyata keçirilməsinə Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, Palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır”.
Qeyd edək ki, aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda Azərbaycan Respublikasının Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatı dinlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.