https://sputnik.az/20220420/avroviziyada-azerbaycan-temsilcisinin-sehne-qurulusunu-kim-hazirlayacaq---vdeo-441273327.html
"Avroviziya"da Azərbaycan təmsilçisinin səhnə quruluşunu kim hazırlayacaq? - VİDEO
"Avroviziya"da Azərbaycan təmsilçisinin səhnə quruluşunu kim hazırlayacaq? - VİDEO
Sputnik Azərbaycan
Mads Enqqaard Avroviziya aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O Nadir Rüstəmlidən öncə, Çingiz... 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T23:55+0400
2022-04-20T23:55+0400
2022-04-20T23:55+0400
azərbaycan
mədəniyyət
"avroviziya" mahnı müsabiqəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439074558_0:0:2000:1125_1920x0_80_0_0_b8d6474dbceee4536dcc27804de93417.jpg
BAKI, 20 aprel — Sputnik. Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.Azərbaycanı təmsil edəcək Nadir Rüstəmlinin səhnə performansları ilə Avropada və dünyada məhşur olan danimarkalı Mads Enqqaarddır.Məlumatda deyilir ki, Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilmiş Pre-Party-dən dərhal sonra qurluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.Mads Enqqaard Avroviziya aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.Xatırladaq ki, Azərbaycan təmsilçilsi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək. Çingiz Mustafayevin "Truth", Samirə Əfəndinin "Cleopatra" və "Mata Hari" mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib. Avroviziya-dan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq. Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439074558_227:0:2000:1330_1920x0_80_0_0_37e9e36473a5fb713d6034d2fd50fc32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, "avroviziya" mahnı müsabiqəsi
azərbaycan, "avroviziya" mahnı müsabiqəsi
"Avroviziya"da Azərbaycan təmsilçisinin səhnə quruluşunu kim hazırlayacaq? - VİDEO
Mads Enqqaard Avroviziya aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O Nadir Rüstəmlidən öncə, Çingiz Mustafayevlə, Samirə Əfəndi ilə çalışıb.
BAKI, 20 aprel — Sputnik. Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.
Azərbaycanı təmsil edəcək Nadir Rüstəmlinin səhnə performansları ilə Avropada və dünyada məhşur olan danimarkalı Mads Enqqaarddır.
Məlumatda deyilir ki, Azərbaycanı təmsil edəcək Nadir Rüstəmli Madriddə keçirilmiş Pre-Party-dən dərhal sonra qurluşçu rejissor ilə səhnə hazırlıqlarına başlayıb.
Mads Enqqaard Avroviziya aləmində istedadlı, kreativ və hər zaman yeni ideyaları ilə seçilən səhnə mütəxəssisi kimi tanınır. O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir. Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.
Xatırladaq ki, Azərbaycan təmsilçilsi ilə Mads artıq 3-cü dəfədir əməkdaşlıq edəcək. Çingiz Mustafayevin "Truth", Samirə Əfəndinin "Cleopatra" və "Mata Hari" mahnılarının izləyicilər tərəfindən böyük maraq və sevgilə qarşılanmış səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib. Avroviziya-dan əlavə o, X-Factor və Danish Melody Grand Prix kimi möhtəşəm şoularda da quruluşçu rejissor kimi çalışır.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq. Azərbaycanı bu müsabiqədə təmsil edəcək Nadir Rüstəmli "Fade To Black" mahnısı ilə çıxış edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.