Zəngilandakı qoruğun bərpasına başlanılır

Abunə olmaq
Bəsitçay ərazisində görüləcək bərpa işləri üçün ilkin mərhələdə inventarlaşma işlərinin aparılması xüsusi önəm kəsb edir.
BAKI, 19 aprel — Sputnik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan meşələrində biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihəsi çərçivəsində pilot layihə olaraq Zəngilanda yerləşən Bəsitçay qoruğunun bərpasına 2023-cü ildə dəstək verə bilər.
"Report"un xəbərinə görə, bunu FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak deyib.
Onun sözlərinə görə, meşələrdə biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihəsinin icrasına başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilandakı Bəsitçay qoruğunun bərpası ilə bağlı müraciət olub. Meşələrdə biomüxtəlifliyin saxlanılması və milli parkların daha yaxşı idarə edilməsi layihələri çərçivəsində Hirkan və Şirvan qoruqları ilə yanaşı, Bəsitçay qoruğu da pilot layihə olaraq götürüləcək. Layihə çərivəsində biomüxtəlifliyin qorunması və daha yaxşı idarə edilməsi üzrə işlər həyata keçirələcək: "Layihə Qlobal Ekologiya Fondu tərəfindən maliyyələşdirilir. Konsepsiyamız qəbul edilib. Hökumət bu proqramı imzaladıqdan sonra biz tam olaraq sənədləri hazırlayaraq 2023-cü ildə işlərə başlayacağıq".
Bəsitçayda görüləcək işlər isə hazırda müzakirə edilir. Bəsitçay ərazisində ilkin mərhələdə inventarlaşma işlərinin aparılması vacibdir. Layihənin büdcəsi 2,8 milyon ABŞ dolları təşkil edir, icra müddəti 2026-cı ilə qədərdir.
M.Çakmak bildirib ki, bu ildən Hirkan və Şirvan qoruqlarında idarəetmənin yaxşılaşdırılması istiqamətində işlərə başlanılacaq:
"Bu ərazilərin iqtisadi inkişaf planlarının hazırlanması da nəzərdə tutulur. Beynəlxalq ekspertlər layihə ilə bağlı gələn aydan Azərbaycana gələcəklər".
Xatırladaq ki, Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin verdiyi məlumata görə, Azərbaycanın təxminən 11,8%-i meşə ilə örtülüdür. Ölkənin 14%-i meşə fondu torpaqlarıdır. Adambaşına düşən yaşıllığın miqdarı 0,2 hektardır. Dünyada bu rəqəm ortalama olaraq 0,48 hektar təşkil edir. Ölkədə bu göstərici 4 dəfə azdır. Bu il Azərbaycanda 1 050 hektar meşə ərazisinin bərpa olunması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Президент Ильхам Алиев - Sputnik Azərbaycan, 1920, 20.10.2021
QARABAĞ
Prezident ermənilərin ekoloji terroruna məruz qalmış Bəsitçay qoruğu barədə Sərəncam verdi
Xəbər lenti
0