SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənov Türkiyə hərbi rəhbərliyinə məktub göndərib

© AR Ministry of DefenceZakir Həsənov və Hulusi Akar
Zakir Həsənov və Hulusi Akar  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
İraqın şimalından təhlükəsizlik qüvvələrinə və dinc sakinlərə yönəlmiş təhdidlərin qarşısının alınması, sərhəd nəzarətinin bərpa edilməsi məqsədilə aparılan əməliyyatda xeyli terrorçu zərərsizləşdirilib.
BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: "Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən "Pənçə Kilit" əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 17-dən etibarən İraqın Şimalında "Pənçə-Kilit" əməliyyatına başlayıb.
Türkiyə MM naziri Hulusi Akar bildirib ki, İraqın şimalından təhlükəsizlik qüvvələrinə və dinc sakinlərə yönəlmiş təhdidlərin qarşısının alınması, sərhəd nəzarətinin bərpa edilməsi məqsədilə bu əməliyyata başlanılıb.
Hərbi əməliyyatların gedişində indiyədək 26-ya qədər terrorçu zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0