CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tərtər işi" üzrə daha bir hərbçiyə bəraət verilib

© AP Photo / Jean-Francois BadiasMəhkəmə çəkici, arxiv şəkli
Məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
"Tərtər işi" ilə bağlı təqsirləndirilən 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib.
BAKI, 19 aprel — Sputnik."Tərtər işi" ilə bağlı 16 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib.
Məlumatda o da bildirilir ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.
İşgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınan şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən olunub.
Onların dindirilməsi davam etdirilir.
***
"Tərtər işi" ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğluna bəraət verilib.
Bu barədə onun anası Validə Əhmədova deyib. Validə Əhmədova bildirib ki, bu gün oğlu Elçin Quliyevə bəraət verilməsi ilə bağlı qərar ona təqdim olunub. (APA)
Qeyd edək ki, 28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Bildirilir ki, 2017-ci il may ayının 6-da 10 nəfər hərbçinin keçirdiyi sorğuda MAXE Quliyev ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb. Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Onu da xatırladaq ki, bu il Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri "Tərtər işi"nin yenidən araşdırılması ilə üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb. Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində Elçin Quliyevlə bağlı qərarı ləğv edib.
Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov jurnalistlərə açıqlamasında bildirib ki, "Tərtər işi"ndə bu günə kimi 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub. N.Əvəzov qeyd edib ki, cinayət məcəlləsinin maddələri ilə 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0