Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Siluanov əmanətlərin demək olar ki, 90%-nin banklara qaytarıldığını açıqlayıb

© Sputnik / Максим Блинов / Mediabanka keçidAnton Siluanov
Anton Siluanov  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Nazirin sözlərinə görə, Rusiyada inflyasiyanın yavaşlaması sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün kreditlərin mövcudluğuna kömək edəcək.
BAKI, 19 aprel — Sputnik. Fevralda götürülən əmanətlərin demək olar ki, 90%-i banklara qaytarılıb - bu Rusiya Federasiyasının bank sisteminə etimadın geri qaytarılmasından xəbər verir. RİA Novosti xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
“Biz bank sisteminə etimadın qayıtmasını, resurs bazasının sabitləşməsində görürük. Fevralın sonunda götürülən əmanətlərin demək olar ki, 90%-i banklara qaytarılıb. Bu, təxminən 2,4 trilyon rubl təşkil edir”, - deyə Siluanov çərşənbə axşamı Rusiya iqtisadiyyatının sanksiyalar şəraitində davamlılığının artırılması üzrə hökumət komissiyasının iclasında çıxış edib.
Siluanov qeyd edib ki, Rusiya hakimiyyəti inflyasiyanın daha da yavaşlamasını gözləyir ki, bu da iqtisadiyyatda dərəcələrin azalmasına kömək edəcək.
“Rusiya Bankı inflyasiya üçün heç bir risk yaratmadan faiz dərəcələrini azaltmağa başlayıb. İnflyasiyanın daha da yavaşlaması iqtisadiyyatda faiz dərəcələrinin azalmasına, müvafiq olaraq sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün kreditlərin mövcudluğuna da kömək edəcək”, - deyə maliyyə naziri iclasda çıxış edərkən vurğulayıb.
O, qeyd edib ki, maliyyə bazarlarında stabilləşmə ilə əlaqədar inflyasiyanın tempi tədricən aşağı düşür.
“Maliyyə sabitləşməsi iqtisadiyyatda faiz dərəcələrinə də müsbət təsir göstərir, Federal Kredit İstiqrazları üzrə uzunmüddətli faiz dərəcələri 10,5%-ə düşüb. Biz inflyasiya aşağı düşdükcə bu göstəricinin daha da azalacağını gözləyirik”, - deyə nazir əlavə edib.
Həmçinin, onun sözlərinə görə, ödəmə balansının cari hesabının gücləndirilməsi kapital əməliyyatları üzrə məhdudiyyətləri tədricən yumşaltmağa imkan verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Maksim Reşetnikov - Sputnik Azərbaycan, 1920, 19.04.2022
RUSİYA
Rusiyalı nazirdən rubl açıqlaması: məzənnə mövcud vəziyyətə uyğundur
Xəbər lenti
0