https://sputnik.az/20220419/rusiyali-nazirden-rubl-aciqlamasi-mezenne-movcud-veziyyete-uygundur-441238375.html
Rusiyalı nazirdən rubl açıqlaması: məzənnə mövcud vəziyyətə uyğundur
Rusiyalı nazirdən rubl açıqlaması: məzənnə mövcud vəziyyətə uyğundur
Sputnik Azərbaycan
RF İqtisadi inkişaf naziri bildirib ki, Rusiya hələ də iqtisadiyyatın kreditləşməsinə olan həvəssizliyi tam aradan qaldıra bilməyib. 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T18:21+0400
2022-04-19T18:21+0400
2022-04-19T18:30+0400
rusiya
rubl
nazir
iqtisadiyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42293/23/422932362_0:11:3076:1741_1920x0_80_0_0_05d4b49fc0cd116660701a33ae8cc32d.jpg
BAKI, 19 aprel — Sputnik. Rusiyada maliyyə sektorunda vəziyyət sabitdir, rublun hazırkı məzənnəsi mövcud vəziyyətə uyğundur. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkə iqtisadiyyatının sabitliyinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının iclasında deyib."Maliyyə sektorunda vəziyyət sabit olaraq qalır, ötən həftə rubl bir dollar üçün təxminən 80 rubl səviyyəsində ticarət olunurdu. Biz bu göstəriciləri hazırkı şəraitdə ağlabatan hesab edirik, OFZ (Federal kredit istiqrazları) gəlirliliyi azalır, bank sektorunda da vəziyyət sabitdir, baxmayaraq ki, biz hələ də iqtisadiyyatın kreditləşməsinə olan həvəssizliyi tam aradan qaldıra bilməmişik", - Reşetnikov bildirib.O əlavə edib ki, tələsik tələbat geridə qaldı:"Nəzarət-kassa aparatlarının dövriyyəsi ilə bağlı məlumatlar göstərir ki, biz istehlak bazarında dövriyyə baxımından böhrandan əvvəlki səviyyədən bir qədər aşağıdayıq. Rusiyada mağazalardakı uzunmüddətli ərzaq ehtiyatları fevral ayı həcmlərinə qayıdıb".Onun Son həftədə uzunmüddətli malların əldə olunması (un, şəkər, bitki yağı, duz alışı) böhrandan əvvəlki həftədə istinad həftəsi ilə müqayisədə dörddə bir az olub. Bütün bunlar pərakəndə satış şəbəkələrində ehtiyatların bərpasına səbəb olub, onlar fevralın ortaları səviyyəsinə qədər bərpa olunub", - deyə Reşetnikov bildirib.Reşetnikov deyib ki, Rusiyada inflyasiya keçən həftə yavaşlayıb. Onun sözlərinə görə, kassa aparatlarının məlumatları onun əhəmiyyətli dərəcədə yavaşlaması barədə danışmağa imkan verir.””Rosstat”ın məlumatına görə, Rusiyada aprelin 2-dən aprelin 8-dək həftəlik inflyasiya bir həftə əvvəlki 0,99%-dən 0,66%-nə enib, ilin əvvəlindən isə istehlak qiymətləri 10,83% artıb. “Rosstat” sabah bizə ötən həftənin məlumatlarını təqdim edəcək, lakin indi kassa aparatlarına görə, biz inflyasiyada əhəmiyyətli bir yavaşlama olacağını gözləyirik", - deyə o əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220418/azerbaycanda-rubl-ucuzlasib-441195812.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42293/23/422932362_347:0:3076:2047_1920x0_80_0_0_cdbfe28a3f99948d045168877aaeecf7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rubl, nazir, iqtisadiyyat nazirliyi
rubl, nazir, iqtisadiyyat nazirliyi
Rusiyalı nazirdən rubl açıqlaması: məzənnə mövcud vəziyyətə uyğundur
18:21 19.04.2022 (Yenilənib: 18:30 19.04.2022) RF İqtisadi inkişaf naziri bildirib ki, Rusiya hələ də iqtisadiyyatın kreditləşməsinə olan həvəssizliyi tam aradan qaldıra bilməyib.
BAKI, 19 aprel — Sputnik. Rusiyada maliyyə sektorunda vəziyyət sabitdir, rublun hazırkı məzənnəsi mövcud vəziyyətə uyğundur. Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkə iqtisadiyyatının sabitliyinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının iclasında deyib.
"Maliyyə sektorunda vəziyyət sabit olaraq qalır, ötən həftə rubl bir dollar üçün təxminən 80 rubl səviyyəsində ticarət olunurdu. Biz bu göstəriciləri hazırkı şəraitdə ağlabatan hesab edirik, OFZ (Federal kredit istiqrazları) gəlirliliyi azalır, bank sektorunda da vəziyyət sabitdir, baxmayaraq ki, biz hələ də iqtisadiyyatın kreditləşməsinə olan həvəssizliyi tam aradan qaldıra bilməmişik", - Reşetnikov bildirib.
O əlavə edib ki, tələsik tələbat geridə qaldı:
"Nəzarət-kassa aparatlarının dövriyyəsi ilə bağlı məlumatlar göstərir ki, biz istehlak bazarında dövriyyə baxımından böhrandan əvvəlki səviyyədən bir qədər aşağıdayıq. Rusiyada mağazalardakı uzunmüddətli ərzaq ehtiyatları fevral ayı həcmlərinə qayıdıb".
Onun Son həftədə uzunmüddətli malların əldə olunması (un, şəkər, bitki yağı, duz alışı) böhrandan əvvəlki həftədə istinad həftəsi ilə müqayisədə dörddə bir az olub. Bütün bunlar pərakəndə satış şəbəkələrində ehtiyatların bərpasına səbəb olub, onlar fevralın ortaları səviyyəsinə qədər bərpa olunub", - deyə Reşetnikov bildirib.
Reşetnikov deyib ki, Rusiyada inflyasiya keçən həftə yavaşlayıb. Onun sözlərinə görə, kassa aparatlarının məlumatları onun əhəmiyyətli dərəcədə yavaşlaması barədə danışmağa imkan verir.
””Rosstat”ın məlumatına görə, Rusiyada aprelin 2-dən aprelin 8-dək həftəlik inflyasiya bir həftə əvvəlki 0,99%-dən 0,66%-nə enib, ilin əvvəlindən isə istehlak qiymətləri 10,83% artıb. “Rosstat” sabah bizə ötən həftənin məlumatlarını təqdim edəcək, lakin indi kassa aparatlarına görə, biz inflyasiyada əhəmiyyətli bir yavaşlama olacağını gözləyirik", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.