Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanda rubl ucuzlaşıb

© Sputnik / Алексей МальгавкоRubl
Rubl - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Ötən həftə rublun ən aşağı həddi 19 manat 90 qəpik olub. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
BAKI, 18 aprel — Sputnik. Aprelin 18-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1% azalaraq 0.0204 manat təşkil edib (1000 rubl=20.4 manat).
Aprelin 15-i ilə müqayisədə bu gün üçün rubl 20 qəpik ucuzlaşıb. Aprelin 15-də 1000 rubl 20.6 manat olub. Ötən həftə rublun ən aşağı həddi 19 manat 90 qəpik olub.
Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayan vaxtdan rubl kəskin ucuzlaşsa da, son vaxtlar dəyər qazandığı müşahidə olunub.
Analitik Roman Blinov bildirib ki, son zamanlar müşahidə etdiyimiz rublun möhkəmlənməsi bir sıra amillərlə bağlıdır. Bunlardan başlıcası Rusiya Mərkəzi Bankının taktikasıdır. Rublun möhkəmlənməsinin digər aspekti Qərbin beynəlxalq ödənişlər ilə bağlı güzəştlərə getməli olduğunu əsaslandırmaq zərurətidir.
Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlaması da buna təsir edir.
Xatırladaq ki, martın 9-da 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mis - Sputnik Azərbaycan, 1920, 15.04.2022
İQTİSADİYYAT
Mis bahalaşır, qızıl və rubl ucuzlaşır
Xəbər lenti
0