Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Qərb Zelenskidən öz məqsədləri üçün istifadə edir - Lavrov

© AFP 2024 / OZAN KOSERusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Rusiya xarici işlər naziri Sergey Lavrov Zelenski əməkdaşlıq edib Minsk razılaşmalarını həyata keçirməyə çalışsaydı, o zaman böhran çoxdan həll olunacaqdı.
BAKI, 19 aprel — Sputnik. Qərb Vladimir Zelenskidən öz məqsədləri üçün istifadə edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "India Today"-ə müsahibəsində bildirib.
Lavrov bildirib ki, Zelenskini Minsk danışıqları prosesi ilə bağlı istənilən təklifə məhəl qoymamağa sövq ediblər.
"Əgər Zelenski əməkdaşlıq edib Minsk razılaşmalarını həyata keçirməyə çalışsaydı, o zaman böhran çoxdan həll olunacaqdı. Qərb Zelenskiyə xəyanət etdi. Məncə, ondan sadəcə Rusiyaya qarşı istifadə etdilər. Onlar hər hansı təklifə məhəl qoymamaq istəyini gücləndirmək üçün hər şeyi etdilər", - Lavrov deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 19.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov: "İnsanların ölməsi həmişə faciədir və buna dözmək mümkün deyil"
Xəbər lenti
0