https://sputnik.az/20220419/lavrov-nsanlarin-olmesi-hemise-faciedir-ve-buna-dozmek-mumkun-deyil-441228783.html
Lavrov: "İnsanların ölməsi həmişə faciədir və buna dözmək mümkün deyil"
Lavrov: "İnsanların ölməsi həmişə faciədir və buna dözmək mümkün deyil"
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri müsahibəsində deyib ki, qərbli həmkarlarımız hər şeyi edə biləcəklərini hesab edirlər. 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T14:18+0400
2022-04-19T14:18+0400
2022-04-19T14:52+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440784258_0:0:3111:1750_1920x0_80_0_0_4a943d111289f883259d1faf7e1cc884.jpg
BAKI, 19 aprel — Sputnik. Rusiya Ukraynadakı rejimi dəyişmək niyyətində deyil, ukraynalılar necə yaşamağa özləri qərar verməlidirlər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "India Today" telekanalına müsahibəsində deyib."Biz Ukraynada rejimi dəyişmək fikrində deyilik, bu barədə dəfələrlə danışmışıq. Biz istəyirik ki, ukraynalılar necə yaşamaq istədiklərinə özləri qərar versinlər. Biz insanların seçim azadlığına malik olmasını istəyirik".Lavrovun sözlərinə görə, Rusiya Ukraynanı rusofobiyaya sövq edən bütün icazəli Qərb ölkələrinə səbir etməyi mümkünsüz sayır."Mən demirəm ki, biz bu qurbanları görməməzliyə vuraq, amma vurğulamaq istəyirəm ki, bütün bunlar rusların ayrı-seçkiliklə üzləşmiş məhz Ukrayna vətəndaşı etnik rusları qorumaq qərarına gəlməsi nəticəsində baş verib. Rakku yerlə-yeksan ediləndə - şəhər top atəşinə tutulub, çox böyük dağıntılar olub heç kim etiraz etmədi", - deyə o bildirib."Əfqanıstanda, Suriyada, İraqda edilən hücumlar haqqında da eyni sözləri demək olar. Təbii ki, insanların ölməsi həmişə faciədir və buna dözmək mümkün deyil. Elə bir vəziyyətdir ki, qərbli həmkarlarımız hər şeyi edə biləcəklərini və Kiyev hökumətini rusofobiya nümayiş etdirməyə təşviq edə biləcəklərini iddia edirlər" - deyə Lavrov bildirib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440784258_0:0:2731:2048_1920x0_80_0_0_7eba6acd9d758f0646aceef3b61e5a71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna
Lavrov: "İnsanların ölməsi həmişə faciədir və buna dözmək mümkün deyil"
14:18 19.04.2022 (Yenilənib: 14:52 19.04.2022) Rusiya XİN rəhbəri müsahibəsində deyib ki, qərbli həmkarlarımız hər şeyi edə biləcəklərini hesab edirlər.
BAKI, 19 aprel — Sputnik. Rusiya Ukraynadakı rejimi dəyişmək niyyətində deyil, ukraynalılar necə yaşamağa özləri qərar verməlidirlər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "India Today" telekanalına müsahibəsində deyib.
"Biz Ukraynada rejimi dəyişmək fikrində deyilik, bu barədə dəfələrlə danışmışıq. Biz istəyirik ki, ukraynalılar necə yaşamaq istədiklərinə özləri qərar versinlər. Biz insanların seçim azadlığına malik olmasını istəyirik".
Lavrovun sözlərinə görə, Rusiya Ukraynanı rusofobiyaya sövq edən bütün icazəli Qərb ölkələrinə səbir etməyi mümkünsüz sayır.
"Mən demirəm ki, biz bu qurbanları görməməzliyə vuraq, amma vurğulamaq istəyirəm ki, bütün bunlar rusların ayrı-seçkiliklə üzləşmiş məhz Ukrayna vətəndaşı etnik rusları qorumaq qərarına gəlməsi nəticəsində baş verib. Rakku yerlə-yeksan ediləndə - şəhər top atəşinə tutulub, çox böyük dağıntılar olub heç kim etiraz etmədi", - deyə o bildirib.
"Əfqanıstanda, Suriyada, İraqda edilən hücumlar haqqında da eyni sözləri demək olar. Təbii ki, insanların ölməsi həmişə faciədir və buna dözmək mümkün deyil. Elə bir vəziyyətdir ki, qərbli həmkarlarımız hər şeyi edə biləcəklərini və Kiyev hökumətini rusofobiya nümayiş etdirməyə təşviq edə biləcəklərini iddia edirlər" - deyə Lavrov bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.