https://sputnik.az/20220419/qanunsuz-qum-hasilatina-gore-cinayet-isi-acildi-441220573.html
Qanunsuz qum hasilatına görə cinayət işi açıldı
Qanunsuz qum hasilatına görə cinayət işi açıldı
Sputnik Azərbaycan
Quba rayonunun ərazisində yerləşən "Mirzəqışlaq", "Talıbqışlaq", "Qaralçay" və "Qudyalçay" qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə... 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T11:43+0400
2022-04-19T11:43+0400
2022-04-19T12:01+0400
qum
cəmiyyət
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/42423/03/424230342_0:408:2913:2047_1920x0_80_0_0_0d8ad7bf4404f83b686f3cadc1ae8e0e.jpg
BAKI, 19 aprel — Sputnik. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Quba rayonunun ərazisində yerləşən "Mirzəqışlaq", "Talıbqışlaq", "Qaralçay" və "Qudyalçay" qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edilib.Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma dövründə hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılan ərazilərdə və ondan kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyən edilib.Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.Xatırladaq ki, prokurorluğun daha öncəki məlumatında qeyd olunur ki, Quba rayonunun ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə məlumat daxil olub. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42423/03/424230342_0:0:2729:2047_1920x0_80_0_0_76df855f3fb073b2ca6523e50241af9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qum, cinayət məcəlləsi
Qanunsuz qum hasilatına görə cinayət işi açıldı
11:43 19.04.2022 (Yenilənib: 12:01 19.04.2022) Quba rayonunun ərazisində yerləşən "Mirzəqışlaq", "Talıbqışlaq", "Qaralçay" və "Qudyalçay" qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə külli miqdarda ziyan dəyib.
BAKI, 19 aprel — Sputnik. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Quba rayonunun ərazisində yerləşən "Mirzəqışlaq", "Talıbqışlaq", "Qaralçay" və "Qudyalçay" qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi müəyyən edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma dövründə hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ayrılan ərazilərdə və ondan kənarda hasilat ilə bağlı çoxsaylı hüquq pozuntuları nəticəsində ətraf mühitə ciddi ziyanın vurulmasına dair əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Cinayət Məcəlləsinin 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 5 cinayət işi başlanılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Xatırladaq ki, prokurorluğun daha öncəki məlumatında qeyd olunur ki, Quba rayonunun ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə məlumat daxil olub. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.