SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin bu gün Moskvada Paşinyanla danışıqlar aparacaq

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Rusiya lideri Ermənistanın baş naziri ilə üçtərəfli sazişlərin icrasını, həmçinin regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri də müzakirə edəcəklər.
BAKI, 19 aprel - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Onlar Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını, həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri də müzakirə edəcəklər.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel Twitter-də bildirib.
"Brüsseldəki son müzakirələrimizin davamı olaraq Baş nazir Nikol Paşinyan ilə danışdım. Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün onun və digər göstərilən bütün səyləri tam dəstəkləyirik", - Mişel qeyd edib.
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0