Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Bir taleli iki insan” - tablolarda əksini tapan ömür - FOTO

© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Ucal Haqverdiyev 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyub. Təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirib, 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayıb.
BAKI, 19 aprel - Sputnik. Bu gün Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib. Sərgidə iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilib.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında bildirib ki, bu sərgi ilə əlaqədar bir ildən çoxdur iş aparılır.
Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxışında sərgidə nümayiş olunan əsərlər haqqında danışıb. O qeyd edib ki, belə sərgilər hər iki rəssamın sənətinin növbəti nəsillərə çatdırılmasına xidmət edir.
© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyib ki, hər iki rəssam olduqca istedadlı idi. Əməkdar rəssam Yelena Haqverdiyeva sərgi haqqında ətraflı məlumat verərək qonaqlara təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Qeyd edək ki, iyunun 19-dək davam edəcək sərgi çərçivəsində mühazirələr, ustad dərsləri təşkil ediləcək.
Məlumat üçün bildirək ki, Ucal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulub. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyub. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirir.
© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olur və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayır. Həmin il pravoslav xristian olur, xaç suyuna salınaraq "Pyotr" adını alır. Əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.
© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
1998–1999-cu illərdə bir qrup rəssamlarla ekologiya üzrə "Land ART" layihəsində iştirak edib, 2000-ci ildə "Labirint" qrupu tərkibində "Humay" mükafatına layiq görülüb. 2000–2004-cü illərdə könüllü olaraq Mixail Arxangel kilsəsinin bədii tərtibatı ilə məşğul olub. Rəssam 2004-cü il dekabrın 18-də vəfat edib.
© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Yelena Haqverdiyevanın isə yaradıcılığında qadınlar mövzusu, milli geyimlər, qurama, əsas yer tutur. Həmçinin Qacar üslubunun təsirdə duyulur. 1997-ci ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
© Sputnik / Shahperi AbbasovaMilli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb
Rəssamın əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da şəxsi sərgilərdə saxlanılır. Həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısı olub. Muzeyimizdə nümayiş etdirilən “Günəşli xoş bir gün” əsərində rəssam soyuq bir qış günündə həsrətini çəkdiyi isti yayı təsvir edib. Mərhum Ucal Haqverdiyev ilə evli olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0