CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlanlar Göyçayda məktəbliləri qorxu içində saxlayır - FOTOLAR

© Sputnik / Reshad RashidovGöyçayın Qarayazı kənd tam orta məktəbi
Göyçayın Qarayazı kənd tam orta məktəbi  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Göyçayda məktəbi qorxu altında saxlayan zəhərli ilanları müəllimlər zərərsizləşdirməyə çalışırlar. Amma sinif otaqlarına dolan sürünənlərin ardı-arası kəsilmir.
BAKI, 19 aprel — Sputnik. Göyçayın Qarayazı kənd tam orta məktəbində peyda olan ilanlar şagirdlər və müəllimləri qorxuya salıb.
Havalar istiləşdikdən sonra məktəbin zirzəmisindən və damından ilanlar çıxmağa başlayıb. Məktəbin müəllimləri deyir ki, şagirdlərə zərər dəyməsin deyə, bir neçə ilanı özləri zərərsizləşdiriblər.
Məktəb binası köhnə olduğundan, divarlarında irili-xırdalı çatlar, döşəməsində yarıqlar əmələ gəlib. Məhz bu səbəbdən zəhərli sürünənlər siniflərə rahat daxil ola bilir. Məktəbin müəllimi Zeynəb Bəlova deyir ki analoji halla hər il rastlaşsalar da, sürünənlər bu il daha tez-tez gözə görünməyə başlayıb.
© Sputnik / Reshad RashidovGöyçayın Qarayazı kənd tam orta məktəbi
Göyçayda məktəbdə  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Göyçayın Qarayazı kənd tam orta məktəbi
"Məhz bu səbəbdən bəzən dərsləri yarımçıq qoymalı oluruq, tənəffüs vaxtı uşaqları daim nəzarətdə saxlayırıq", - Bəlova deyib.
İlanların məktəbi öz yüvasına çevirməsi valideynləri də ciddi narahat edir. Qarayazı kənd sakini Əkbər Eyvazov deyir ki, böyük sinif uşaqları özlərini müdafiə edə bilsələr də, azyaşlılar üçün çox təhlükəlidir:
© Sputnik / Reshad RashidovGöyçayın Qarayazı kənd tam orta məktəbi
Göyçayda məktəbdə  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Göyçayın Qarayazı kənd tam orta məktəbi
"Uşaqlarımız özlərinə, biz də uşaqlarımıza görə çox qorxuruq. Müəllimlər tərəfindən məktəb binasında öldürülən ilanlar hamısı zəhərlidir. Onlar bizim uşaqları sancsa, kim cavab verəcək? Müvafiq qurumlardan valideynlər adından xahiş edirik ki, bu məsələyə bir çarə tapsınlar".
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Ucarda yerləşən 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən bildiriblər ki, sözügedən məktəbdəki olaydan xəbərdardırlar. Məhz bu səbəbdən bir dəfə həmin məktəbin daxili və xaricinə ilan əleyhinə xususi maddələr səpilib:
© Sputnik / Reshad RashidovGöyçayın Qarayazı kənd tam orta məktəbi
Göyçayda məktəbdə  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Göyçayın Qarayazı kənd tam orta məktəbi
"Ehtiyac olarsa, yenidən həmin məktəbdə dərman maddələrinin səpilməsi həyata keçiriləcək".
Mərkəzdən onu da bildiriblər ki, Qarayazı kənd tam orta məktəbi təmir bərpa işləri üçün 2019-2023-cü illərin planına da salınıb.
Xatırladaq ki, 320 şagirdlik nəzərdə tutulan Qarayazı kənd tam orta məktəbi ötən əsrin 80-cı illərində inşa edilib. Hazırda məktəbdə ikinövbəli olmaqla 309 şagird təhsil alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0