Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Görünməyən qəhrəmanlar"ın ikinci hissəsi çəkilir - FOTO

© Photo : Azerbaijanfilm“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Filmlərin süjet xəttində böyük fədakarlıq göstərən əsgər və zabitlərimizi ölümün pəncəsindən alıb həyata qaytaran tibb işçilərindən bəhs edilir.
BAKI, 19 aprel — Sputnik. "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsinin ikinci hissəsi çəkilir. "Azərbaycanfilm" Kinostudiyasından verilən məlumata görə, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" və "İctimai TV"nin birgə istehsalıdır.
Hazırda çəkilişlərinə başlanan silsilənin ikinci hissəsində "Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi", "Dövlət Təhlükəsizliyi Xidməti", "Mülki həkimlər", "Hərbi həkimlər" və "Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu" adlı sənədli filmlər yer alır.
© Photo : Azerbaijanfilm“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi - Sputnik Azərbaycan, 1920, 19.04.2022
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
Qeyd edək ki, "Dövlət Təhlükəsizliyi Xidməti" sənədli filmi 28 mart tarixində milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günündə İctimai TV-nin efirində yayımlanıb. Film hal-hazırda "YouTube" vasitəsilə yayımlanır. Digər filmlərin çəkilişləri isə davam edir.
© Photo : Azerbaijanfilm“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi - Sputnik Azərbaycan, 1920, 19.04.2022
“Görünməyən qəhrəmanlar” sənədli filminin çəkilişi
Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" və "İctimai TV"nin birgə istehsalı olan "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsi 5 filmdən ibarət idi. "27 Sentyabr" (Qələbənin ilk günü!), "Böyük əmr!" (Raket və Artilleriya Qoşunları), "Dövlət xətti!", (Dövlət Sərhəd Xidməti), "Hərbi Hava Qüvvələri" və "Biz gəlirik!" (Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı qrupu) adlanan sənədli filmlər 2021-ci ildə Zəfər günü ərəfəsində İTV-də yayımlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0