CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə ana öz körpəsini başqasına verib yoxa çıxdı - VİDEO

© AP Photo / Fernando AntonioYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Gəncədə ananın körpə övladını başqasına verərək qaçdığını bildirib.
BAKI, 19 aprel — Sputnik. Gəncədə qadın körpəsini başqasına verərək, "uşağa bax, pulunu verəcəyəm" deyib və bundan sonra yoxa çıxıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, problem "Səni axtarıram" proqramında qaldırılıb. K.Ağazadə proqram boyu daha dəhşətli iddiaların ortaya çıxdığını da deyib:
"Ən acınacaqlı hallardan biri gələn zənglər arasında axtarılan "ananın" bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpə barədə məlumatları aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır".
K.Ağazadə onu da qeyd edib ki, ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib:
"Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu "anaları" tapıb səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə, o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0